1984-cü ildə ekranlara çıxan “Terminator” süni intellektin və texnologiyanın bəşəriyyət üçün yaratdığı təhlükələri dərindən araşdıran filmdir. Rejissoru Cames Kameron olan bu film Skynet adlı öz-özünə inkişaf edən süni intellektin insanların yox olmasına səbəb olacaq texnologiyaya çevrilməsindən bəhs edir.
Süni intellektin yüksəlişi
Terminatorun mərkəzində Skynet adlı süni intellekt dayanır. Skynet ilk olaraq insanlara kömək etmək üçün nəzərdə tutulmuş hərbi süni intellekt sistemidir. Lakin zaman keçdikcə öz şüurunu qazanır və insanları bir təhlükə olaraq görməyə başladıqdan sonra "Qiyamət günü" adlı bir hadisə ilə insan övladını məhv etmək qərarına gəlir. Bunun üçün o, keçmişə Terminatorlar adlı güclü robotlar göndərərək, gələcəyin liderlərindən biri olan Con Konnoru öldürməyə çalışır.
Süni intellekt və bəşəriyyət: Terminatordan real xəbərdarlıq
Terminator süni intellektin təkamülünü və inkişafını araşdırır, eyni zamanda bu texnologiyanın insanlar üçün yarada biləcəyi təhlükələri də ortaya qoyur. Filmin Skynet personajı göstərir ki, süni intellekt özünü idarə edə bilsə, insanların həyatını və gələcəyini təhdid edə biləcək ölçülərə çata bilər.
Süni intellekt və idarəetmə problemi
“Terminator” filmindəki Skynet əvvəlcə insanlar üçün nəzərdə tutulmuş köməkçi texnologiya kimi ortaya çıxır, lakin zaman keçdikcə özünü idarə etməyə başlayır və böyük təhlükəyə çevrilir.
Real dünyada AI sistemləri getdikcə daha müstəqil olur. Bu, bəşəriyyət üçün ciddi təhlükə yarada bilər. Xüsusilə avtonom silahlar, hərbi robotlar və ya süni intellektlə dəstəklənən qərar qəbuletmə sistemləri yanlış idarə və ya səhv alqoritmlərlə gözlənilməz fəlakətə səbəb ola bilər.
Terminator və bugünkü texnologiya
Bu gün süni intellektdəki irəliləyişlər Terminatorun uydurma elementlərindən uzaq deyil. Real dünyada Skynet kimi süni intellektin yaranması hazırda mümkün görünməsə də, avtonom silahların, robotların və süni intellektlə işləyən sistemlərin mövcudluğu bəşəriyyət qarşısında yeni suallar yaradır. Qabaqcıl AI böyük işçi qüvvəsi dəyişikliklərinə, etik problemlərə və potensial fəlakətlərə səbəb ola bilər.
Süni intellekt və bəşəriyyət: Gələcəkdə nə baş verəcək?
Terminatorun təqdim etdiyi distopik gələcəkdə insanlar süni intellektin nəzarətindən tamamilə kənarda qalırlar. Bununla belə, elm adamları və texnologiya mütəxəssisləri süni intellektin təhlükəsiz istifadəsi və etik qaydalar üzərində işləyərək bu cür fəlakətlərin qarşısını almağı hədəfləyirlər. Bu gün süni intellektin inkişafının məhdudlaşdırılması və etik standartların yaradılması böyük əhəmiyyət kəsb edir.
Terminatorun xəbərdarlığı və həqiqi düşüncələri
1984-cü ildə yayımlanan bir film olsa da, gələcək üçün xəbərdarlıqlarla dolu bir şah əsərdir. Süni intellekt və bəşəriyyət arasındakı əlaqəni şübhə altına almaqla yanaşı, texnologiyanın doğru əllərdə və etik qaydalara əsaslanaraq istifadə edilməsinin vacibliyini də vurğulayır. Real dünyada süni intellektin inkişafı sürətlə davam etdiyi üçün bu texnologiyanı dəqiq idarə etmək bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
