Bu gün:

Fil südündə 60 faiz alkoqol var


Süd qida dəyəri və faydalarına görə insan üçün vacibdir. Zülal, turşu, kalsium, vitaminlərin və mineralların, yağların zəngin mənbəyi olan süd sümük və dişləri gücləndirir, sağlam çəkidə olmağa  kömək edir.

 Əsasən, insanlar tərəfindən istifadə edilən inək südü, camış südü, keçi südü və ya vegan südüdür. Amma biz bir çox içkilərdən daha çox spirt ehtiva edən bir heyvan südü haqqında danışacağıq. Təəccüblüdür, elə deyilmi? 

Belə ki,fil südünün tərkibində 60 faiz alkoqol var. Bir filin pəhrizi spirt istehsalında istifadə olunan etanolun əsas mənbəyi olan şəkər qamışı ilə zəngindir. Orta hesabla bir fil gündə 150 kq yemək yeyir. Beləliklə, bu heyvanın südü şəkər qamışı səbəbindən spirt ehtiva edir.

2015-ci ildə “Journal of Dairy Science” jurnalında dərc edilən araşdırmaya görə, filin südündəki kimyəvi maddələr hər hansı digər heyvan və ya növdə müşahidə ediləndən qat-qat yüksəkdir. Bu araşdırma nəticəsində məlum olub ki, Afrika filinin südünün tərkibində 62 faiz spirt var ki, bu da bir viski şüşəsindəki spirtdən qat-qat çoxdur.

O, həmçinin süd heyvanlarında nisbətən az olan oliqosakarid adlanan çoxlu miqdarda karbohidrat ehtiva edir. Oliqosakarid isə insan orqanizmi tərəfindən asanlıqla həzm olunmayan mürəkkəb karbohidrat növüdür.

Mənbə: Timesofindia

Tərcümə etdi: Gülay Orucova 

Paylaş
Şərh əlavə et