Bu gün:

ABŞ-də "Stargate" layihəsi


OpenAI Trampın "Stargate" layihəsi çərçivəsində 16 ştatda məlumat mərkəzləri qurmağı nəzərdən keçirir. Layihəyə 100 milyard dollar sərmayə ayrılıb, dörd il ərzində bu məbləğ 500 milyard dollara çatdırıla bilər.

Texasın Abilene şəhərində ilk mərkəzin tikintisi gedir. Ümumilikdə 5-10 məlumat mərkəzi qurulacaq. Açılan iş yerlərinin minlərlə olacağı deyilsə də, ilk mərkəzdə cəmi 57 nəfərin çalışacağı bildirilir.

Bu obyektlərin böyük enerji və su sərfiyyatı ekoloji narahatlıqlara səbəb olub. "Google"un məlumatına görə, bəzi mərkəzlər gündə 4 milyon gallon su istifadə edə bilər.

Süni intellekt sahəsində Çinlə rəqabət artır. Çin şirkəti "DeepSeek"in AI modeli "Apple"ın App Store-da yüksəlib və bazarda səs-küy yaradıb. OpenAI rəhbəri Sem Altman DeepSeek-in gücünü qəbul edərək rəqabətin əhəmiyyətini vurğulayıb.

Mənbə: NBC News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et