Deja vu nədir?
Heç vaxt bir şeyi əvvəllər etdiyinizi və ya yeni bir vəziyyətdən keçdiyinizi hiss etmisinizmi? Elə bil növbəti nə baş verəcəyini əvvəlcədən bilirsiniz? Bu hiss deja vu adlanır və fransız dilində “artıq görülmüş” mənasını verir.

Bəzi insanlar deja vunun mümkün bir psixik fenomenin əlaməti olduğunu düşünürlər. Lakin bunu yaşamağınızın başqa səbəbləri də ola bilər.
Kimlər deja vu yaşayır?
Sağlam insanlardan təxminən 60-70%-i həyatlarında hansısa formada deja vu hissini yaşayır. Tanış bir görüntü və ya səs bu hissi tətikləyə bilər. Məsələn, heç vaxt getmədiyiniz bir binaya daxil olursunuz, amma elə bil onu çox yaxından tanıyırsınız.
Əksər deja vu hissləri tez bir zamanda yox olur, bu da həmin təcrübə haqqında konkret detalları xatırlamağı çətinləşdirir.
Deja vu hansı yaş qrupunda daha çox baş verir?
Deja vu ən çox 15-25 yaş arası insanlarda baş verir. Yaşlandıqca bu hissi daha az yaşamağa meyilli oluruq. Çox səyahət edən və ya yuxularını tez-tez xatırlayan insanlar, başqalarına nisbətən daha çox deja vu yaşaya bilir. Həmçinin yorğun və ya gərgin olan şəxslər də bu hissə daha çox meyilli ola bilərlər. Çox vaxt insanlar bu təcrübəni axşam saatlarında və ya həftə sonları yaşayırlar.
Deja vu-nun səbəbləri nələrdir?
Deja vu təcrübəsini nə açıqlayır?
Alimlərin bir neçə fərqli nəzəriyyəsi mövcuddur.
İkili prosesləşmə
Bu nəzəriyyə beyninizin məlumatları işləyərkən bir qədər səhv yola düşdüyünü və nəticədə, deja vu hissinin yarandığını irəli sürür. Məqsəd odur ki, beyninizdə normalda mükəmməl şəkildə sinxron işləyən bəzi kognitiv proseslər bir-birindən ayrılır. Alimlərin ikili prosesləşmənin necə baş verə biləcəyinə dair bir neçə fərqli nəzəriyyəsi var:
• Tanışlıq və xatırlama:
Beynin tanış olan şeyləri və onların niyə tanış olduğunu xatırlamağa çalışan hissələri bir yerdə işləməlidir. Əgər bir şeyi tanış olaraq düşünürsünüzsə, amma haradan tanıdığınızı xatırlama prosesini başlaya bilmirsinizsə, bu, deja vu hissi yarada bilər.
• Kodlaşdırma və xatırlama:
Kodlaşdırmanı giriş kimi təsəvvür edin — beyniniz məlumatı qəbul edir və onu yaddaş olaraq işləyir. Xatırlama isə bunun əksidir — artıq kodlaşdırılmış məlumatı yenidən oynatmaq. Bu iki proses ayrı-ayrılıqda işləyir. Amma əgər onlar eyni vaxtda işə düşərsə, yeni qəbul etdiyiniz məlumatı, əslində, köhnə bir məlumat kimi xatırladığınızı düşünə bilərsiniz.

Zaman lobu tutmaları
Zaman lobu tutmaları insanların başqaları ilə ünsiyyət qurma qabiliyyətini təsir edir. Bu tutmaların əksəriyyəti 30 saniyədən bir neçə dəqiqəyə qədər davam edir. Ətrafınızdakı mühitdən xəbərsiz ola bilər və ya uzun müddət ətrafınıza baxmadan oturduğunuzu dərk edə bilərsiniz. Başqaları tutma zamanı dodaqlarınızı yaladığınızı və ya davamlı olaraq çeynəyib udduğunuzu müşahidə edə bilər.
Zaman lobu tutması bitdikdən sonra qarışıqlıq hissi yaranır. Tutma zamanı nə baş verdiyini xatırlamaq və ya danışmaq çətin ola bilər. Zaman lobu tutması daha ciddi olan tonik-klonik tutmasına çevrilə bilər ki, bu da spazmlara səbəb olur və insanın şüurunu itirməsinə gətirib çıxarır.
Mənbə: WebMD
Tərcümə etdi: Arzu Qafarova
