
Süni intellektlə bağlı əmək bazarında böyük dəyişikliklər gözlənilsə də, süni intellektin böyük kommersiya imkanları yarada biləcəyinə inanan Çin, ABŞ, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, İngiltərə, Finlandiya və Kanada kimi 40-a yaxın ölkə bu sahəyə sərmayə qoyur və bu sahəyə milyardlarla dollar sərmayə ödəyir ki onların təhsil sistemləri bir qədər inkişaf etsin.
Çin 2030-cu ilə qədər 1,4 trilyon dollarlıq sənaye yaratmağı hədəfləyir.
Dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib olan və bu sahəyə ən böyük sərmayə yatıran Çin 2017-ci ildə süni intellekt texnologiyalarına 12 milyard dollar sərmayə qoyub. Üç mərhələli plana görə, Çinin süni intellekt ekosisteminin gələn ilə qədər rəqib ölkələrlə eyni səviyyəyə çatması hədəflənir. Pekin 2030-cu ilə qədər 150 milyard dollar dəyərində süni intellekt sənayesi və əlaqəli sektorlarla birlikdə 1,4 trilyon dollarlıq sənaye yaratmağı hədəfləyir. Maraqlıdır ki, Çin süni intellekt sahəsində akademik tədqiqatlarda ən çox istinad edilən tədqiqatların sayına görə ABŞ-ni geridə qoymağa çalışır.
Dünyanın istehsal bazası olan Çin, süni intellekt planı strategiyası çərçivəsində təhsil, səhiyyə və təhlükəsizlik kimi bir çox sahədə məhsuldarlığı artırmağı və süni zəkanın istifadəsini artırmağı hədəfləyir. Bundan əlavə, Pekin administrasiyası süni intellekt şirkətlərini ölkədə Ar-Ge mərkəzləri yaratmağa təşviq edərək, ölkənin süni intellekt ekosisteminə əhəmiyyətli töhfə verməyi hədəfləyir. Çin alimləri süni intellektdən istifadə edərək xərçəngin əlamətlərini bilməklə xəstəliyin erkən diaqnozunu təmin etmək üçün çox çalışırlar. Çin milyard dollarlıq sərmayə ilə paytaxt Pekində süni intellekt texnologiyaları parkı inşa edir.
ABŞ-da süni intellekt saytı
Dünyanın ən böyük iqtisadiyyatına sahib olan və hazırda qlobal süni intellekt texnologiyalarında Çindən geri qaldığı deyilən ABŞ, 2016-cı ildə "Milli Süni İntellekt Araşdırma və İnkişaf Strategiya Planı"nı hazırlayaraq bu araşdırma və inkişaf layihələrini istiqamətləndirir. Amerikada süni intellektdən maksimum dərəcədə faydalanmaq üçün ölkə universitetləri və dövlət sənayesi birgə səy göstərir. ABŞ prezidenti Donald Tramp federal hökumət qurumlarından daha çox resurs ayırmağı və süni intellekt (Sİ) üzrə tədqiqat, təbliğat və təlimlərə sərmayə qoymağı xahiş edən sərəncam imzalayıb. Fərmanla Amerika Süni İntellekt Təşəbbüsü yaradılarkən, süni intellektin ABŞ-ın milli və iqtisadi təhlükəsizliyinin təmin olunmasına kömək etməsi üçün görüləcək tədbirlər sıralanıb.
www.AI.gov internet saytı süni intellektin imkanlarından maksimum yararlanmağı öyrənmək istəyən şəxslər və şirkətlər üçün əlçatandır. Ölkədə süni intellekt yarışına özəl sektorun başçılıq etməsi də diqqət çəkir.
Yaponiyada süni intellekt üçün viza
Qlobal iqtisadiyyatda 3-cü yerdə olan Yaponiya, bəzi sektorlarda texnologiyadakı üstünlüyünü qoruyub saxlamaq və əhalinin qocalmasından qaynaqlanan problemləri aradan qaldırmaq üçün açıqladığı Süni İntellekt Texnologiya Strategiyası ilə süni intellekt tədqiqatlarını sənayeyə köçürmək üçün yol xəritəsini müəyyən edib. Yaponiya bu tədqiqatlardan kommersiya baxımından faydalanmaq və onları ictimaiyyətə təqdim etmək üçün süni intellekt ekosistemi yaratmağa çalışır. Yapon şirkətləri səhiyyə sahəsində süni intellektdən istifadəyə sərmayə qoyarkən, Yaponiya hökuməti də süni intellektdə çalışacaq əcnəbilərə viza rahatlığı təmin edir.
Almaniya 3 milyard avro sərmayə qoyur
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya 2025-ci ilə kimi süni intellekt sahəsinə 3 milyard avrodan çox vəsait ayırıb və bu sahədə 100 professor yeri yaradıb. Almaniyanın məqsədi “Made in Germany”in süni intellektdə brendə çevrilməsidir. Maraqlıdır ki, əyalət hökumətləri də süni intellekt üçün əlavə vəsait yaradırlar.
Avropa Birliyi Komissiyası Süni İntellekt Əlaqəsi sənədini dərc etməklə birliyin texnoloji və sənaye potensialını artırmağı və avropalıları süni intellektin gətirdiyi sosial-iqtisadi dəyişikliklərə hazırlamağı və gələn il AB-nin süni intellektə investisiyalarını 1,5 milyard avroya çatdırmağı hədəfləyir. Maraqlıdır ki, Malayziya, Polşa, Rusiya, Meksika, İngiltərə və Finlandiya kimi 40-a yaxın ölkə öz milli süni intellekt strategiyasını açıqlayıb və bu sahədə yarışda olduqlarını göstəriblər.
Mənbə: Anadolu ajansı
Tərcümə etdi: Dilbər Paşazadə
