Bu gün:

Etirazçılar Banqladeşin Baş nazirinin ailəsinin evini yandırıblar


Banqladeşdə etirazçılar devrilmiş Baş nazir Şeyx Hasinanın və onun partiyasının digər üzvlərinin keçmiş ailəsinin evini dağıdaraq yandırıblar.

Keçən il tələbələrin rəhbərlik etdiyi etirazlarda Hasinanın devrildikdən sonra, sürgündə olduğu Hindistandan sosial media vasitəsilə ölkəyə müraciət edəcəyinə dair xəbərin yayılması iğtişaşlara səbəb oldu.

77 yaşlı Hasina, 20 il ərzində Banqladeşi idarə edərkən, hökumətinin müxalifləri sərt şəkildə sıxışdırması səbəbilə avtokrat kimi təsəvvür olunurdu.

Çərşənbə axşamı, ekskavator vasitəsilə Hasinanın mərhum atası, eyni zamanda Banqladeşin qurucu prezidenti olan Şeyx Mujibur Rəhmanın evi dağıdıldı. Sonradan həmin məkan yenidən muzeyə çevrildi.

Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et