Bu gün:

Bu sualları həll edə bilərsinizmi?


MIT professorunun hazırladığı 5 nəfərdən yalnız 1-nin düzgün cavab verə biləcəyi 3 məntiq sualı! MIT professorunun dərc etdiyi məqalədəki 3 məntiq sualı nə qədər asan görünsə də, çox diqqət tələb edir. Bu məntiq suallarını düzgün biləcəksinizmi?

Bütün suallara cavab vermək üçün təxminən 1 dəqiqə vaxt lazımdır. Suallar sadə görünsə də, MIT professoru Şeyn Frederik tərəfindən nəşr olunan tədqiqat məqaləsində yer alıb. Yazıda suala cavab verənlərin cəmi 17 faizi hamısına düzgün cavab verə bilib. 83 faiz isə testdən keçə bilməyib.

MIT məqaləsində dərc edilmiş suallar

1. 1 ədəd çubuq və topun qiyməti 110 AZN-dir. Çubuq topdan 100 AZN bahadır. Bu halda topun qiyməti nə qədərdir?

2. 5 dəzgah 5 hissəni 5 dəqiqəyə tamamlayırsa, 100 dəzgahın 100 hissəni tamamlaması neçə dəqiqə çəkəcək?

3. Göldə lotus yarpağı var. Yarpağın ölçüsü hər gün iki dəfə artır. Bu yarpağın bütün gölü örtməsi üçün 48 gün lazımdırsa, gölün yarısını neçə günə örtəcək?

Verdiyiniz mümkün cavablar

1. 10 AZN

2. 100 dəqiqə

3. 24 gün

Cavabınız belədirsə, təəssüf ki, səhvdir. Bəs düzgün cavablar hansılardır?

1. Suala cavab 

1 Çubuq topdan 100 AZN bahadır, top 10 AZN idisə, onun ümumi qiyməti 120 AZN olmalı idi. Lakin verilən sualda iki obyektin ümumi qiymətinin 110 AZN olduğu açıq-aydın göstərilib. Topu 5 AZN olaraq alsaq, çubuğun qiyməti 105 AZN olacaq. İki qiyməti əlavə etdikdə 110 AZN olur.

2. Suala cavab 

5 dəzgahın 5 işi görmək üçün 5 dəqiqə lazımdırsa, 1 dəzgahın 1 işi görmək üçün 5 dəqiqə lazımdır. Beləliklə, hər maşına 1 ədəd üçün 5 dəqiqə lazımdır. Müvafiq olaraq, 100 maşın 5 dəqiqə ərzində 100 hissə düzəldəcək.

3. Suala cavab 

Yarpaq hər gün ikiqat böyüyür. Yəni 24-cü gün cavabını verən bir çox insanlar bu məqamda, təəssüf ki, yanılır. Əgər yarpaq 48 gündə bütün gölü örtürsə, 47-ci gündə yarıya qədər kiçik olacaq. Beləliklə, sualın cavabı 47-dir.

Mənbə: Habertürk 

Tərcümə etdi: Aytən Babaşova 

Paylaş
Şərh əlavə et