Dini müxtəliflik dini inanc və ibadət praktikalarında əhəmiyyətli fərqlərin mövcud olması faktıdır. Bu, ən kiçik və ən təcrid olunmuş icmalar istisna olmaqla həmişə insanlar tərəfindən tanınıb. Lakin erkən modern dövrlərdən etibarən səyahət, nəşriyyat və miqrasiya sahələrində artan məlumatlar insanları dini müxtəliflik haqqında daha dərindən düşünməyə vadar edib.
Ümumiyyətlə, dini müxtəlifliyə plüralist yanaşmalar müəyyən çərçivədə bütün dinlərin bir-birinə bərabər olduğunu iddia edir. Bunun əksinə olaraq eksklüzivist yanaşmalar yalnız bir dinin bənzərsiz dəyərə malik olduğunu müdafiə edir. Nəhayət, inklüzivist nəzəriyyələr orta mövqe tutmağa çalışır: eksklüzivizmlə razılaşaraq bir dinin ən yüksək dəyərə malik olduğunu qəbul edir, eyni zamanda, plüralizmlə razılaşaraq digər dinlərin də əhəmiyyətli dini dəyərə sahib olduğunu bildirir.
1950-ci ildən bəri ədəbiyyat dini təlimlərin həqiqiliyi və ya rasionallığı, dini təcrübələrin doğruluğu, xilasedici təsirliliyi və bütün dinlərin eyni ali dini obyektə yönəlməsi iddiaları üzərində cəmlənib.
1980-ci illərdən etibarən eksklüzivist- inklüzivist- plüralist bölgüsü standart hala gəlib. Təəssüf ki, bu bölgü tez-tez yuxarıda qeyd olunan dəyərlərin qarışığı nəzərə alınaraq istifadə olunur və dəqiq hansı dəyərlərin aid olduğu aydın olmur. Bu bölgü bəzən bir dindarın digər dinlərə qarşı ümumi münasibəti – təxminən rədd etmə, məhdud açıq olma və geniş qəbul etmə kimi başa düşülür.
Bəzi kontekstlərdə "dini plüralizm" müxtəlif dinlərə qarşı məlumatlı, dözümlü və dəyərləndirici münasibət mənasını verə bilər. Digər kontekstlərdə isə bu anlayış bütün və ya əksər dinlərin insanlarının eyni şəkildə müalicə olunmasını tələb edən normativ prinsip kimi başa düşülür. Nəhayət, bəzi müəlliflər “təsviri dini plüralizm” ifadəsini burada “dini müxtəliflik” adlandırılan anlayış üçün, “normativ dini plüralizm” ifadəsini isə burada “dini plüralizmin müxtəlif formaları” adlandırılan baxışlar üçün istifadə edirlər. Bu bölgü dəfələrlə tənqid olunsa da, geniş şəkildə istifadə edilməkdə davam edir və müxtəlif yollarla dəqiq şəkildə müəyyən edilə bilər.
Bəzi mənalı aspektlər baxımından dinlər müəyyən mənada eyni sayılır. Bu, bəzi dinlərin digər aspektlərdə üstün ola biləcəyi fikri ilə uyğun gəlsə də, bu anlayışı müdafiə edən nəzəriyyəçilər dini dəyərlərin mərkəzi aspektlərinə görə bir çox dinlərin bərabər olduğunu nəzərdə tutur.
“Dini plüralizm” termini demək olar ki, həmişə bir çox və ya əksər dinlərə müsbət dəyər aid edən bir nəzəriyyəni ifadə edir. Lakin “mənfi dini plüralizm” anlayışından da danışmaq olar. Bu yanaşmaya görə, əksər və ya bütün dinlər az və ya heç bir müsbət dəyərə malik deyil və bu baxımdan bir-birinə bərabərdir. Bu, təbiətçi baxışı müdafiə edən bir çox filosofların mövqeyidir. Onlar hesab edirlər ki, bütün dinlər insan təxəyyülünün məhsuludur və onlara aid edilən dəyərlərin çoxunu və ya hamısını əks etdirmir.
Mənbə: Internet Encyclopedia of Philosophy
Tərcümə etdi: Arzu Qafarova