Səy göstərməyin tələb olunmasına görə biz ya işi pis görürük, ya daha az yorucu və çətin olan başqa bir şey edirik, ya da sadəcə olaraq hərəkətsiz qalırıq. Başqa sözlə, əgər özümüzü zəhmətdən qorumaq motivasiyamız düzgün və ya gözlənilən olanı etmə motivasiyamızdan üstün gəlirsə, təbii ki, bunun nə olduğunu bildiyimizi nəzərə alaraq deyə bilərik ki, biz tənbəllik edirik.

Tənbəllik və süstlük
Tənbəllik, süstlük və ətalət bir-birindən fərqlənir. "İndolentlik" (süstlük) latın dilində "ağrısızlıq" mənasını verən indolentia sözündən gəlir. "Ətalət" isə daha çox əxlaqi və mənəvi məna daşıyır. Xristian ənənəsində ətalət yeddi ölümcül günahdan biri sayılır, çünki o, pisliyə yol açır və Tanrının insanlıq üçün planını sarsıdır.
Tənbəllik və təxirəsalma arasındakı fərq
Tənbəllik, süstlük və ətalət təxirəsalma (prokrastinasiya) ilə qarışdırılmamalıdır. "Təxirəsalma" latınca procrastinare sözündən gəlir və "sabahadək təxirə salmaq" mənasını verir. Bu daha ağır və mühüm bir işi daha asan, lakin daha az vacib bir işə üstünlük verərək gecikdirməkdir.
Bir hərəkətin təxirəsalma olması üçün o, zəif və səmərəsiz planlaşdırmanı əks etdirməli və nəticədə təxirəsalan şəxs üçün ümumi xərcləri artırmalıdır.
Həm tənbəl insan, həm də təxirəsalan şəxs motivasiyadan məhrumdur. Lakin təxirəsalan şəxs işi görməyi arzulayır və ya niyyət edir və nəhayət onu yerinə yetirir, lakin daha böyük ümumi xərclə.
Mənbə: Psychology today
Tərcümə etdi: Arzu Qafarova
