Cənubi Amerikada uşaqlara təcavüz edən yəhudi kultunun lideri həbs edilib. Yəhudi Talibanı kimi tanınan təriqətin lideri Meksikada mühakimə olunmaq üçün ekstradisiya ediləcək. Yüzlərlə uşaq xilas edilərək ailələrinə təhvil verilib. Qvatemala polisi və İnterpol “Yəhudi Talibanı” kimi tanınan Lev Tahor təriqətinin liderlərindən biri Yoel Alteri insan alveri və uşaq istismarı ittihamı ilə həbs edib.
İsrail vətəndaşı olan Alter Meksikada yaşayır və mühakimə olunmaq üçün ekstradisiya olunacaqBirgə əməliyyat zamanı yüzlərlə uşaq Alterin əlindən xilas edilib. Lev Tahor qadınlara və qızlara ciddi geyim qaydaları tətbiq edən "Yəhudi Talibanı" kimi tanınan mübahisəli sekta kimi tanınır. O, nikahlar qurub və tez-tez uşaq istismarı ittihamları ilə gündəmdədir. Təriqət liderləri 2021-ci ildə 14 yaşlı qızı qaçırmağa cəhd etdiklərinə görə məhkum ediliblər.
Təriqət Qvatemalada fəaliyyət göstərir. Qvatemala polisi Lev Tahorun fermasına basqın edib və zorakılıq iddiaları ilə 160 uşağı himayə altına alıb. Təriqət üzvləri ittihamları rədd etsələr də, polis əməliyyatları davam edir.
Mənbə: Cnn türk
Tərcemı etdi: Çimnaz Həmzəliyeva