
ABŞ Prezidenti Donald Trampın “Meksika körfəzinin adını tezliklə Amerika Körfəzi olaraq dəyişəcəyik” sözləri ilə bağlı Meksika prezidenti Klaudiya Şeynbaum, “Bu bölgəyə Amerika körfəzi deyirlər, hələ də Meksika körfəzidir. Bizim və bütün dünya üçün eynidir”-dedi.
Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında danışan Şeynbaum ABŞ prezidenti Trampın Meksika körfəzi ilə bağlı sözlərini dəyərləndirib.
Qısa müddətdə mühacirlər mövzusunda ABŞ ilə dialoq qurmaq istədiklərini ifadə edən Şeynbaum, "Mənim vəzifəm bu böyük xalqın nümayəndəsi olmaqdır. Bu səbəblə də bərabərlik əsasında hərəkət edəcəyik. ABŞ ilə əlaqələrimizi qorumağa davam edəcəyik və ABŞ-də yaşayan meksikalıları daim müdafiə etməyə davam edəcəyik, dialoq və əməkdaşlıq vaxtıdır. Biz bunun gələcəyinə inanırıq" dedi.
Sheinbaum, ABŞ-dən deportasiya ediləcək meksikalılara dəstək vermək üçün 2610 hüquq mütəxəssisi və 1773 məmurdan ibarət komandanın yaradıldığını bildirib. Meksikalıların ABŞ iqtisadiyyatı üçün çox əhəmiyyətli olduğunu vurğulayan Şeynbaum bunun Tramp administrasiyası tərəfindən bilindiyini bildirib.
Şeynbaum ABŞ-lə müzakirə olunacaq çoxlu məsələlərin olduğunu bildirib və deyib:
"Biz narkotik ticarəti, ABŞ-dən Meksikaya silah transferi, mədəni məsələlər, ABŞ-dəkı meksikalıların vəziyyəti və təbii ki, ticarət əlaqələri kimi bir çox məsələləri müzakirə edəcəyik. Biz böyük ölkəyik, zəhmətkeş xalqıq. Yüksək mədəni potensiala malik olan Meksika başını aşağı salmalıdır, yoxsa özünü aşağı hiss etməsi üçün heç bir səbəb yoxdur”.
Deportasiya ediləcək meksikalılara dəstək
Meksika Daxili İşlər Naziri Rosa Icela Rodriguez də açıqlamasında ABŞ-dən göndəriləcək meksikalılara kömək və dəstək verəcəklərini bildirib.
Xarici işlər naziri Xuan Ramon de la Fuente ABŞ-də yaşayan meksikalılara öz hüquqlarını qorumaq üçün hazırlanmış “ConsulApp” mobil əlavəsini yükləməyi tövsiyə edib. O bildirib ki, bu tətbiq ən yaxın konsulluğu səfərbər etmək üçün böyük rahatlıq yaradır.
Mənbə: Cnn türk
Tərcemə etdi: Çimnaz Həmzəliyeva
