Bu gün:

Metroda niyə zibil qabı yoxdur?


Bakı küçələrində şəhərin təmizliyi üçün xeyli zibil qabı olsa da, metro stansiyalarında, platformada zibil qabına rast gəlmək olmur. Bəs görəsən hər gün minlərlə insanın istifadə etdiyi metro stansiyalarında zibil qabı niyə yoxdur?

Metro stansiyalarında zibil qablarının olmamasının səbəblərindən biri burada zibil qabına ehtiyacın olmamasıdır. Nəzərə alsaq ki, metro ərazisində tütün məhsullarından və alkoqollu içkilərdən istifadə etmək qadağandır, siqaret kötüyü və ya içki şüşəsi kimi tullantıları atmaq təlabatınızda yaranmamalıdır. Bundan əlavə, metro ərazisində yemək yemək düzgün qəbul edilmir. Çünki, bəzi qidalar səyahət zamanı digər sərnişinlərin üzərini çirkləndirə bilər. Məhz bu səbəbdən metroda zibil qablarının yerləşdirilməməsi zibilə atılması zəruri olan tullantıların olmaması ilə əlaqədardır.

Stansiyalarda zibil qabının olmaması sadəcə ehtiyac olmadığı üçün deyil, eyni zamanda yarana biləcək təhlükə ilə əlaqəlidir. Metropolitendə zibil qablarının yerləşdirilməsi təhlükəsizlik baxımından düzgün deyil. Çünki, özü ilə tezalışan maddələri içəri keçirən şəxs onları asanlıqla zibil qabının içinə atıb gedə bilər. Məsələn, keçən əsrin 80-ci illərində London metrosunda kifayət qədər zibil qutusu var idi. Bunlardan biri 1987-ci ildə platformada fəlakətə səbəb oldu. Söndürülməyən siqaret kötüyünün zibil qabına atılması nəticəsində, 30-dan çox insanın həyatını itirdiyi yanğın baş verdi. Bu hadisədən sonra qaydalara əməl etməyən şəxsləri tək-tək izləmək imkansız olduğu üçün, oxşar hadisələrin baş vermə ehtimalını aradan qaldırmaq üçün zibil qutuları platformalardan yığışdırıldı.

Mənbə: Worldlifeadvice

Tərcümə etdi: Nahid Xəlilov

Paylaş
Şərh əlavə et