
Yoon Suk Yeol çərşənbə günü səhər kortejdə müstəntiqlərlə birlikdə yaşayış kompleksini tərk edib və nəzarətə alınıb- Cənubi Koreyada ilk dəfə prezidentə qarşı belə bir tədbir görülüb.
Çətin vəziyyətdə olan prezident bir neçə istintaq və impiçment məhkəməsi qarşısında qaldığı üçün həbsdən yayınaraq, Prezident Mühafizə Xidmətinin komandasının əhatəsində həftələrdir ki, möhkəmləndirilmiş iqamətgahında gizlənib.
Həbs edildikdən sonra Yoon çərşənbə günü əvvəlcədən yazılmış bir video mesaj yayımlayıb və orada yenidən ona qarşı aparılan araşdırmaları "qanunsuz" olaraq rədd edib daha sonra isə "bu ölkədə qanunların hamısı pozulduğunu" söyləyib.
Mənbə: Report.az
Tərcümə etdi: Nəzri Süleymanova
