Bu gün:

Pandemiyanın pərdəarxası oyunları: Zukerberq senzura təzyiqlərini açıqlayıb


Meta şirkətinin baş direktoru Mark Zukerberq bildirib ki, COVID-19 pandemiyası dövründə ABŞ prezidenti Co Bayden administrasiyası şirkətə məzmunu senzura etmək üçün təzyiq göstərib. Zukerberq bir podkastda çıxışı zamanı qeyd edib ki, administrasiya onlardan peyvənd əleyhinə məzmunu platformadan silmələri üçün birbaşa göstərişlər verib.


Meta şirkətinin baş direktoru Mark Zukerberq bildirib ki, COVID-19 pandemiyası zamanı ABŞ prezidenti Co Bayden administrasiyasının təzyiqi çox güclü olub. Onun sözlərinə görə, administrasiya komandası ilə daimi telefon əlaqəsi saxlayaraq, “faktları əks etdirməyən” məzmunun, xüsusilə peyvəndlərin əks təsirləri ilə bağlı yazıların silinməsini tələb edib. “Həqiqəti söyləyən məzmunu silmək üçün bizə çox böyük təzyiq edildi,” – deyə Zukerberq vurğulayıb.


Bununla belə, Zukerberq Meta-nın bu tələbləri rədd etdiyini və bu mövqeyini açıq şəkildə ifadə etdiyini qeyd edib. Lakin Baydenin “Bunlar insanları öldürür” deyə Metanı tənqid etməsindən sonra şirkət müxtəlif dövlət qurumlarının hədəfinə çevrilib.


Pandemiya dövründə rəqəmsal platformalardakı senzura müzakirələri təkcə sağlamlıq məsələləri ilə məhdudlaşmır, eyni zamanda hökumətlərin sosial mediaya nəzarəti ilə bağlı daha geniş suallar yaradır.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et