Bu gün:

İmtahana hazırlıq: stress və həyəcanın öhdəsindən gəlmək


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Psixologiya Mərkəzinin Ailə və Uşaq psixoloqu Aynur İsmayılovadır. O, imtahan prosesi zamanı tələbələrin stresslə mübarizə etməsi yollarından danışıb.

-İmtahan zamanı tələbələrin qarşılaşdıqları psixoloji problemlər hansılardır və onlar stressi azaltmaq, motivasiyanı saxlamaq üçün hansı üsullardan istifadə edə bilərlər?

İmtahan və imtahana hazırlıq prosesi zamanı tələbələrin ən çox qarşılaşdıqları problemlər həyəcan pozuntusu və imtahana görə keçirdikləri stress, panik atak hallarıdır. Stress və narahatlığın əsas səbəbi uşaqlıqdan bəri imtahana stresli halda yönəlməkdir. İmtahanın həyatın həlli rolunu oynayacaq bir fakt kimi insanda formalaşmasıdır.

Bu həm abituriyentlərin, həm də tələbələrin qarşılaşdıqları situasiyalardan biridir. Biz imtahan məsələsinə həyatın mənasını həll edən deyil, sadəcə mənim həyatımda bir dəyişiklik edəcək, mənim bilik səviyyəmi yoxlaya biləcək bir nüans kimi baxsaq və ona həyəcanlı halda deyil, normal vəziyyətdə gündə 3-4 saat hazırlaşsaq, bu zaman biz imtahan zamanı çox da stress və həyəcan keçirmərik. Amma əsas məsələ imtahan sözünün beynimizdəki mənfi, neqativ tərəflərini silməkdir. 

Həmçinin vaxtı səmərəli idarə etməliyik. “Time manager”(vaxtın idarə oluması) çox əsaslı bir şəkil almalıdır ki, imtahan motivasiyası yüksək olsun. Motivasiyanı artırmaq üçün isə imtahana hazırlıq bacarığımızı qiymətləndirməliyik. Məsələn, "bu gün 3 saat oxumuşamsa, sabah 4 saat oxuyacam. Öyrəndiklərimi imtahan zamanı tətbiq edəcəm və imtahan bacarıqlarım sayəsində qalib gələcəm"- tipli fikirləri tez-tez özümüzə deməliyik.

Türkanə Meşədiyeva

Paylaş
Şərh əlavə et