Bu gün:

Rusların mənşəyi


Rusiya geniş coğrafiyaya və böyük təsiri olan bir xalqdır. Rusiyanın mənşəyini bilmək onun mədəni, siyasi və sosial inkişafını anlamaq üçün vacibdir.

Əvvəlcə rusların mənşəyini öyrənməklə başlayaq

Rusiyanın mənşəyi bölgədə məskunlaşmış slavyan icmalarına əsaslanır. İlk dövrlərdə indiki Rusiya ərazisində müxtəlif bölgələrdə slavyan icmaları yaşayıblar. Bu yaşayış məntəqələri slavyan mədəniyyətinin və ictimai quruluşunun formalaşmasına töhfə verdi. Erkən slavyan icmaları bir-biri ilə toqquşması nəticəsində, heç bir slavyan icmaları uzunmüddətli hökmranlığı sahib ola bilmədi. 

Vikinqlər 9-cu əsrdə Slavyan torpaqlarına gəldilər

Onlar 8-11-ci əsrlərdə Avropa vikinqləri tərəfindən tez-tez talan edilirdilər. Bir bölgəni işğal edib talan etdikdən sonra geri qayıdıb bir neçə ildən sonra həmin bölgənin yenidən torpaqlarını talayırdılar. Vikinqlər qarət və hücumlarını, ümumiyyətlə, iki istiqamətdə həyata keçirdilər. Qərbdə İngiltərə, İrlandiya, Fransa və digər Qərbi Avropa ölkələri, şərqdən isə Baltik dənizindən Şərqi Avropaya basqın etdilər. Bu hücumlar arasında slavyan torpaqları da hədəfə alınıb.

Rus sözünün mənşəyi 

Vikinqlərin Slavyan ərazilərinə hücumu zamanı vikinq-slavyan təsiri baş verdi. Vikinq əsilli Rurik adlı lider təxminən 9-cu əsrdə Novqoroda gəldi. Novqorod o dövrdə slavyan şəhəri kimi tanındığı halda, Rurikin gəlişi ilə bölgənin siyasi və ictimai quruluşunda mühüm dəyişikliklər baş verdi. Rurik padşah oldu, müxtəlif slavyan qəbilələrini birləşdirdi və güclü bir siyasi hakimiyyət qurdu. Rurik sülaləsi belə yarandı.

Rurikin rəhbərliyi altında Rusiya genişləndi və vahid dövlətə çevrildi

Rurikin rəhbərliyi ilə başlayan bu proses Rusiyanın siyasi vahidlərini bir araya gətirərək mərkəzi hakimiyyətin qurulmasına kömək etdi . Sülalənin başçıları öz güclərini genişləndirir, digər slavyan knyazlıqları ilə ittifaqlar yaradır və Rusiya torpaqlarını qoruyurlar. Eyni zamanda, Rurik sülaləsinin rəhbərləri Rusiyanın mədəni kimliyinin formalaşmasında və tarixində mühüm irs qoyub getməsində mühüm rol oynamışlar.

Oleq Novqorodu tutduğu üçün bəzi mənbələrə görə Rusiyanın ilk kralı sayılır

Oleq Rurik sülaləsinin mühüm lideri idi və Rurikin nəvəsi olduğu güman edilir. Oleq öz paytaxtı Kiyevi möhkəmləndirdi və bu şəhəri Rusiyanın siyasi və mədəni mərkəzinə çevirdi. Oleqin ən mühüm hərəkətlərindən biri Novqorodun tutulmasıdır. Novqorod Rusiyanın şimal bölgələrində strateji əhəmiyyətə malik şəhər idi. Oleq Novqorodu işğal etməklə öz sülaləsinin gücünü və ərazisini genişləndirmişdi.

Kiyev Rusiyası dövründə ruslar Bizans imperiyasına hücum edərək vergi tələb edirdilər

Kiyev Rusiyasının Bizans İmperiyası ilə sıx ticarət əlaqələri var idi və bu əlaqəyə vergi ödənişləri də daxil idi. Ancaq bəzi dövrlərdə ruslar Bizansa hərbi təzyiq edərək daha çox vergi tətbiq etmək və ya ödənişləri azaltmaq istəyə bilərlər. Bu səbəbdən, hücumlar, adətən, ticarət yollarında həyata keçirilirdi. Ruslar Bizansın nəzarəti altında olan torpaqlara hücum edərək talan edərək vergi tələb edirdilər. Bu hücumlar bəzən qarşılıqlı razılaşmalar və ya sülh müqavilələri ilə nəticələnsə də, bəzən münaqişələrə səbəb ola bilər.

Mənbə: Onedio.com

Tərcümə etdi: Namiq Atamalıyev 

Paylaş
Şərh əlavə et