Bu gün:

Aleksitimiya nədir və nə ilə bağlı ola bilər?



Aleksitimiya insanın duyğularını yaşamaqda, müəyyən etməkdə və ifadə etməkdə çətinlik çəkməsidir. Bu psixi sağlamlıq pozğunluğu deyil, lakin travma sonrası stress pozğunluğu, yemək pozğunluqları və müxtəlif digər şərtlərlə, həmçinin autizmlə də əlaqəsi var. Həmçinin, akestimi olanların depressiya kimi və ya digər diaqnoz edilə bilən psixi sağlamlıq vəziyyəti ola bilər.


Bəzi araşdırmalara görə, aleksitimiyaya kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.


Bu klinik diaqnoz deyil və psixi sağlamlıq mütəxəssisləri, bəzi psixi sağlamlıq şərtləri ilə birlikdə baş verə bilməsinə rəgmən bunu pozğunluq hesab etmirlər.


Bu söz yunan dilindən gəlir: 'a' çatışmazlıq, 'lexis' söz və 'thymos' emosiya mənasını verir - ümumiyyətlə, emosiyalar üçün sözlərin çatışmazlığı deməkdir.


Aleksitimi olan insanlar:

•Öz zehni və emosional proseslərini müşahidə etməkdə çətinlik çəkir və duyğularla bağlı qarışıqlıq yaşayırlar.

•Emosiyalarını başqalarına çatdırmaq üçün mübarizə aparırlar.


Aleksitimiya insanların başqalarının duyğularını müəyyən etmələrini və onlara cavab vermələrini də çətinləşdirir. Bu problemlər, sosial şəraitdə və şəxsiyyətlərarası münasibətlərdə çətinliklərə səbəb olur.


Əlamətlərə və simptomlarına aşağıdakılar daxildir:

•hissləri və duyğuları müəyyən etməkdə çətinliklər

•emosiyalar və bu emosiyalara aid olan bədən hissləri arasında fərq qoyma problemləri

•hisslərini başqalarına çatdırmaq qabiliyyətinin məhdud olması

•başqalarının duyğularını, o cümlədən səs tonu və üz ifadələrini tanımaq və onlara cavab verməkdə çətinliklər

•məntiqli və sərt düşüncə tərzi, əsəb

•yüksək ürək döyüntüsü

•uzaq, sərt və yumorsuz görünüş

•zəif həyat məmnunluğu, narahatlıq


Mütəxəssislər aleksitimiyanın dəqiq səbəbini başa düşmürlər. Bəzi tədqiqatlar bunun aşağıdakılardan biri və ya daha çoxunun nəticəsi ola biləcəyini göstərir:


Genetika:

Əkizlər üzərində aparılan araşdırmalar göstərir ki, aleksitimiyanın genetik komponenti var. Bir insanin yaxın qohumunda aleksitimiya varsa, həmin insanda da ola bilər. 

Ətraf mühit amilləri:

Ətraf mühit faktorlarına misal olaraq uşaqlıq travması tarixi, fiziki və ya psixi sağlamlıq vəziyyətinin mövcudluğu və ya sosial-iqtisadi amillər daxildir.

Beyin zədəsi:

Beynin anterior insula kimi tanınan hissəsi zədələnmiş insanlarda aleksitimiyanın səviyyəsi artır.


Aleksitimiyanın risk faktorlarına aşağıdakılar daxildir:

•irəliləyən yaş

•aşağı təhsil səviyyəsi

•aşağı sosial-iqtisadi vəziyyət

•aşağı emosional intellekt


Autizmlə əlaqə:

Aleksitimiyanın autizm spektri pozğunluğu ilə güclü əlaqəsi var. 2018-ci ildə aparılan bir araşdırma, autizmli insanların təxminən yarısında aleksitimiyadan əziyyət çəkdiyini göstərib. Xüsusilə kompleks ASD olanlarda yaygındır.


Digər tədqiqatlar göstərir ki, ASD olanların yaşadığı sosial və emosional çətinliklər autizmin bir xüsusiyyəti ola bilməz, əksinə aleksitimiyanın birləşməsi ola bilər.


Psixi sağlamlıq vəziyyəti ilə əlaqə:

Aleksitimiya adətən depressiya və travma sonrası stress pozğunluğu daxil olmaqla müəyyən psixi sağlamlıq şərtləri ilə birlikdə baş verir.


Depressiya:

Bəzi nəticələr depressiyanın klinik xüsusiyyətlərinin ən azı bir qədər aleksitimiyanın mövcudluğundan asılı olduğunu göstərir. Birgə baş verən depressiv pozğunluqları və aleksitimi olanlar, ehtimal ki, depressiya, psixoz və fobiyaların daha şiddətli simptomlarını nümayiş etdirəcəklər.


Travma sonrası stress pozğunluğu:

TSSB olanlarda aleksitemiya riski daha yüksək ola bilər. TSSB olan 22 müharibə veteranı üzərində aparılan bir araşdırma, 41%-də aleksitimiya olduğunu göstərib.


Diqqət çatışmazlığı hiperaktivlik pozğunluğu:

Diqqət çatışmazlığı hiperaktivliyi pozğunluğu olan 50 uşaq üzərində 2013-cü ildə aparılan bir araşdırma, diqqətsizliklə olmasa da, aleksitimiya ilə hiperaktivlik və impulsivlik arasında əlaqə olduğunu göstərir.


Yemək pozğunluqları:

2017-ci il araşdırması göstərir ki, yemək pozğunluqları spektri boyunca insanlar öz duyğularını müəyyən etmək və ya təsvir etməkdə problemlər olduğunu bildirirlər.


Mənbə: MedicalNewsToday

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et