Bu gün:

Yaşadığımız mədəniyyət psixi sağlamlığımıza necə təsir edir?


1518-ci ilin iyulunda Frau Troffea adlı qadın qəfildən Strasburq küçələrində rəqs etməyə başlayıb. Qadın gün boyu rəqs etməyə davam edib və ertəsi gün də dayanmadan rəqs edib. Qəribədir ki, zaman keçdikcə başqa insanlar da ona qoşulmağa başlayıblar. Bu yolla rəqs edənlərin sayı sürətlə artaraq yüzlərlə insana çatıb.

Bu nəzarətsiz rəqs günlərlə hətta həftələrlə davam edib. Rəqqaslardan bəziləri yorğunluqdan, infaktdan və ya insultdan dünyasını dəyişib. Yerli hakimiyyət orqanları və kilsə bu qeyri-adi vəziyyəti “Müqəddəs Vitusun qəzəbi” adlandırıb.

Dövrün həkimləri rəqqasları Müqəddəs Vitusa həsr olunmuş məbədə aparmağı təklif ediblər. Daha sonra rəqqasları dağ məbədinə aparıb ayinlər icra ediblər və tədbir tədricən öz-özünə yox olub.

Bu qəribə rəqs çılğınlığı 14-18-ci əsrlər arasında Fransadan başqa dörd Avropa ölkəsində də görülüb. Bu gün belə hadisələrə "xoreomania" deyilir.

Mədəniyyətə bağlı sindromlar müəyyən bir mədəniyyətdə və ya sosial kontekstdə görülən və həmin mədəniyyətə xas olan şəkildə ifadə edilən psixoloji və davranış problemləridir. Bu sindromlar çox vaxt universal psixopatoloji modellərə tam uyğun gəlmir. Əvəzində müəyyən bir mədəniyyətin inancları, dəyərləri və sosial dinamikası çərçivəsində məna qazanır. Amerika Psixiatriya Assosiasiyasının DSM-5 (Psixi Bozuklukların Diaqnostik və Statistik Təlimatı) adlı təşkilatında bu cür hadisələr "Distressin Mədəni Konseptləri" adı altında müzakirə edilir. Lakin ümumilikdə psixologiya və psixiatriya ədəbiyyatında bu anlayış daha çox “Mədəniyyətə əsaslanan sindromlar” ifadəsi ilə işlənir.


Mənbə: Evrim ağacı

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et