Bu gün:

2025-in ən təhlükəli ölkələri hansılardır?



Münaqişələr bir çox ölkələrdə tüğyan etdiyi üçün son Fövqəladə Hallara Nəzarət Siyahısı 2025-ci ildə artan humanitar böhranlarla üzləşən ən həssas ölkələri vurğulayır. Sudandakı dağıdıcı vətəndaş müharibəsindən Myanmarda şiddətlənən zorakılığa və Suriya hökumətinin dağılmasına qədər, hesabatda böhranın qarşısını almaq üçün beynəlxalq diqqətin təcili ehtiyacı vurğulanır. Bu bölgələrdə 2025-ci ildə daha çox əzab və köçkünlük proqnozlaşdırılır. (Economictimes.com)

Siyahı artıq ard-arda ikinci ildir ki, lider olan Sudanla başlayır. Sudan Silahlı Qüvvələri (SAF) və Sürətli Dəstək Qüvvələri (RSF) arasında münaqişə beynəlxalq hüququn geniş şəkildə pozulması, o cümlədən cinsi zorakılıq, uşaq əsgərlərin işə götürülməsi və mülki şəxslərə hücumlar, səhiyyə və yardım xidmətləri ilə səciyyələnir və Sudanı sıranın 1-ciliyə yerləşdirir.


İkinci sırada həm daxili çaxnaşmalara, həm də təbii fəlakətlərə ev sahibliyi edən Myanmar durur. 2021-ci ildə ordunun nəzarəti ələ keçirməsindən sonra Myanmarda zorakılıq daha da pisləşib. Hesabatda deyilir ki, uzun müddətdir davam edən üsyanlar genişlənərək daha geniş münaqişəyə çevrilib və nəticədə 3 milyondan çox insan didərgin düşüb. Bundan əlavə, siklonlar və daşqınlar icmaları viran etməkdə davam edir. Artıq müharibədən təsirlənən ölkənin su və səhiyyə sistemləri artan ehtiyacları qarşılamağa hazır deyil.


3-cü və 4-cü sıranın sahibləri uyğun olaraq Suriya və Cənubi Sudandır. Suriyada 2024-cü ilin sonunda baş verən yeniliklərdən sonra belə yaşadığı yerdən didərgin düşmüş insanların sayı həddən artıq çoxdur. İl ərzində Suriyada vəziyyətin yaxşı və ya pisə doğru necə dəyişəcəyi hələ dəqiq olmasa da, ölkə daxilində təhlükə öz varlığını qoruyur. Cənubi Sudan isə artıq ikinci ildir ki, ilk 5-likdə yer alır.


Siyahı Livan, Burkina-Faso, Haiti, Mali və Somali ilə davam edir. Yəmən isə ilk onluğun son ölkəsidir. Livanda İsrail-Hizbullah müharibəsinin təsirləri, Burkina-Fasoda silahlı qruplaşmalar, Haitidə daxili çaxnaşmalar və hakimiyyət böhranı, Malidə aclıq və daxili vətəndaş müharibəsi, Somalidə və Yəməndə isə yenə də daxili müharibələr və Yəməndə aclıq, səfalət və yayılmış xəstəliklər təhlükı yaradan amillərdir.


Hazırladı: Səidə Abasova

Paylaş
Şərh əlavə et