Bu gün:

Qədim Misirdə mumiyalama


Tarixdə elə bir cəmiyyət yoxdur ki, onun öz dəfn mərasimi olmasın. Bu mərasimlərdən biri də dünyanın bir çox sivilizasiyalarında həyata keçirilsə də, daha çox Qədim Misirlə eyniləşdirilən mumiyalama prosesidir.

Qədim Misirdə mumiyalama ənənəsi daha əvvəlki tarixə gedib çıxan dini ritual olsa da, ən inkişaf etmiş vəziyyətinə Yeni Krallıq dövründə (e.ə. 1549-1069) çatıb. Bir çox insan mumiyaları günümüzə qədər gəlib çatsa da, misirlilər sadəcə insanlar deyil, pişik və it kimi heyvanları da mumiyalayıblar.

Misirin dini ədəbiyyatında axirətə inam çox mühüm yer tuturdu. Buna görə də bədəni tam qorumaq vacib idi. Hətta, bədən nahiyələri əskik olan insanlara mumiyalanan zaman axirətdə çətinlik çəkməmək üçün ağacdan protezlər taxılırdı.

Meyitin müəyyən mərhələlərdən keçərək mumiyaya çevrilməsi prosesi təxminən 70 gün çəkib. Əvvəlcə mərhumun meyiti 3 gün gözlədilib. Bundan sonra bədən kaliumda isladılıb və bir həftə buraxılıb. Bir həftə sonra orqanların bədəndən çıxarılması prosesi başlayıb. Əvvəlcə burun dəliyindən beyinə metal çubuq daxil edilib və beyin burundan boşaldılıb. Çıxarılan digər orqanlar arasında bağırsaqlar, ağ ciyərlər və mədə də var. Bunun üçün bədənin sol tərəfinə dəlik açılıb. Misirdə axirətdə ürəyin mühakimə üçün istifadə olunacağına inanılırdı. Buna görə də ürək çox vaxt çıxarılmırdı. Ürək çıxarılsa da, onu da mumiyalayıb geri qoyurdular. Çıxarılan daxili orqanlar dörd qazana qoyulurdu. Bu qablar kaponik kimi tanınıb.

Misirdə varlı olan hər kəs mumiyasını tabuta qoya bilərdi. Köhnə və Orta dövrdə tabutlar düzbucaqlı formada idi. 


Mənbə: Arkeofili
Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et