Bu gün:

5 maraqlı psixoloji fakt


Biz hər gün psixologiya haqqında çoxlu şeylər öyrənirik. Lakin hələ də bilmədiyimiz çox şey var.

Aşağıda oxuyacağınız psixoloji faktlar özünüzdə və ya başqalarında gördüyünüz bəzi şeyləri izah edə bilər.

Əgər B planınız varsa, A planınız işləməyəcək

Pensilvaniya Universitetinin alimləri araşdırma aparıb və iştirakçılara tapşırıq veriblər. Tapşırığın yerinə yetirilməsi üçün B planı olan iştirakçılar  yoxlanılıb, ikinci planı olmayan iştirakçılar isə ilk dəfədən uğurlu olub. Tədqiqatın ikinci tapıntısı isə odur ki, iştirakçıların motivasiyaları  başqa variantları olduğunu düşündükdə azalır. Bu, 1964-cü ildə Viktor  Vroom tərəfindən hazırlanmış perspektiv nəzəriyyəsinə aiddir. Perspektiv nəzəriyyəsi əsasən bildirir ki, bir şey üçün motivasiyanız o işdə necə uğur qazanacağınıza ümid etməyinizdən asılıdır. B planının mahiyyəti ondan ibarətdir ki, ilk dəfə uğursuz olursan. Tədqiqatçılar qabaqcadan düşünməyin vacib olduğunu deyirlər, lakin təfərrüatlara çox qarışmamağı tövsiyə edirlər. Siz təsadüfən uğurunuzu ləğv edə bilərsiniz. Xülasə olaraq, belə demək olar ki, bir şeyi edərkən yeganə şansınız olduğunu bilsəniz, əlinizdən gələnin ən yaxşısını edəcəksiniz.

Bir mənfi şeyi unutmaq üçün beş müsbət şey lazımdır

Gün başlayan və bitən kimi şükr etməli olduğunuz haqqında düşünməyi təklif edən məqalələr oxumusunuz. Bu, həqiqətən psixoloji olaraq təsirli işləyir. Minnətdarlıq bizi balansda saxlamağa kömək edir, çünki bizdə mənfi cəhətlər deyilən şey var, bu da bizi yaxşı şeylərdən daha çox pis şeylərə yönəldir. Sizi aşağı salan mənfi şeylər haqqında düşünmək faydasızdır. Həyatınızdakı müsbət şeylərin sayını artırmaq üçün sizi narahat edən pis şeyin əvəzinə beş yaxşı şey təyin edin. Bu nisbət pis şeyi unutmağınıza kömək edir. Yadda saxlayın ki, bu metod üçün müsbət fikirlərə ehtiyacınız olacaq. Buyurun, qələm və kağız hazırlayın.

Başlanğıcları və sonları xatırlamaq daha asandır

Alış-veriş siyahınızı özünüzlə aparmağı unudub bazara getmisiniz? Siyahının həm əvvəlini, həm də sonunu xatırlayaraq, satın almalı olduğunuz şeyləri xatırlamağa çalışarkən alış-veriş siyahınızı zehninizdə təsəvvür edə bilərsiniz. Siyahının ortasındakı şeylər sizin fikrinizdə bir az qeyri-səlisdir. "Frontiers of Human Neuroscience" jurnalında aparılan araşdırma bunu təsdiqləyib. Buna "Serial Mövqe Effekti" deyilir. Buna görə təqdimat verərkən ortadan çox əvvəli və sonunu xatırlayırsınız.

Əsnəmək yoluxucudur 

Əsnəməyin niyə yoluxucu olduğunu izah edən bir neçə nəzəriyyə var. Aparıcı nəzəriyyəyə görə, əsnəməyə əsnəməklə cavab vermək inkişaf etmiş empatiya hissinin əlamətidir. Bu, hələ empatiya duyğusunu inkişaf etdirməmiş və ya autizm spektrində olan gənc uşaqların əsnəməyə niyə daha az reaksiya verdiyini izah edir.

Bizi böyük faciələrdən daha çox kiçik problemlər maraqlandırır

Bir araşdırmada insanlara pul verildi və onların ianə davranışları araşdırıldı. Bir qrup iştirakçıya ac olduğu deyilən kiçik bir qız göstərilib. İkinci qrupa aclıqdan ölən milyonlarla insanın statistikası, üçüncü qrupa isə hər ikisi haqqında məlumat verilib. Ən az ianə verənlər isə yalnız statistika eşidənlər, yəni milyonlarla insanın aclığından xəbər tutanlar olub. Həm milyonlarla ac insan, həm də kiçik qız haqqında məlumat verilən subyektlər ən az ianə verən ikinci qrup oldu. Yalnız balaca qız haqqında eşidənlər milyonlarla insanın statistikasını eşidənlərdən iki dəfə çox ianə veriblər. Psixoloqlar bunu özümüzü çarəsiz hiss etməyimiz və problem çox böyük görünürsə, səylərimizin ciddiləşdiyi ilə əlaqələndirirlər. Bu vəziyyətdə ac bir qızın xilasına kömək etmək dünya aclığına son qoymaqdan daha əlçatan görünür.

Mənbə : Habertürk

Tərcümə etdi : Samirə İsmayılova

Paylaş