Hameln tütəkçisinin hekayəsi ilə çoxları tanışdır. Ancaq az adam başa düşür ki, illər ərzində uşaqları qorxutmaq üçün hazırlandığı düşünülən bu nağıl əslində real hadisələrə əsaslanır.
Hameln tütəkçisinin hekayəsi
Hekayə ilə tanış olmayanlar üçün bu hadisə 1284-cü ildə Almaniyanın Aşağı Saksoniya əyalətinin Hameln şəhərində cərəyan edir. Bu şəhər siçovulların istilası ilə üzləşib və çoxrəngli, parlaq parça paltar geyinmiş bir tütəkçi peyda olub. Bu tütəkçi şəhər camaatının qəbul etdiyi ödəniş müqabilində siçovullardan qurtulacağına söz verib.
Tütəkçi öz musiqisi ilə siçovulları qovaraq onlardan xilas olsa da, hamelnlilər sözlərini geri götürüblər.

Qəzəbli tütəkçi qisas alacağına and içərək gedib. Həmin ilin iyulun 26-da tütəkçi qayıdıb uşaqları siçanlara etdiyi kimi bir daha görünməmək üzərə yoxa çıxarıb. Deyilənə görə o böyüklər kilsədə olduğu zaman tütəyi ilə sirli melodiya ifa edərək uşaqları təsiri altına salır.
Ancaq hansı versiyanın deyildiyindən asılı olaraq geridə bir və ya üç uşaq qalıb. Bu uşaqlardan biri axsaq idi və ayaq üstə dura bilmirdi, digəri kar idi və musiqini eşitmirdi, üçüncüsü isə kor idi və digər uşaqların hara getdiyini görmürdü.

Bəzi mənbələr isə siçovulların olmadığını göstərir.
Bu hekayənin məlum olan ən erkən qeydi Hameln şəhərindəndir. 1300-cü ilə aid Hameln kilsəsi üçün yaradılmış vitraj pəncərədə təsvir edilib.

1660-cı ildə dağılsa da, bir neçə yazılı qeydlər günümüzə qədər gəlib çatıb. Ən qədimi Lüenburq əlyazmasından gəlir: “1284-cü ildə, 26 iyun müqəddəs İohann və Pavel günündə, müxtəlif rəngli geyinmiş bir tütəkçi ilə Hamelndə doğulan 130 uşaq aldadılıb və yoxa çıxıb. Koppen yaxınlığında edam yeri.
1384-cü ilə aid Hameln şəhərinin qeydlərindəki bir girişdə də acınacaqlı şəkildə deyilir: "Uşaqlarımızın getməsindən 100 il keçdi".
Hameln tütəkçisi haqqında 1430-1450 ci illərə aid ən qədim əlyazma hazırda Lüneburq kitabxanasında saxlanılır.
Almaniyanın Hameln şəhərindəki Bazar Kilsəsinin şüşə pəncərəsindən köçürülmüş tütəkçinin (təxminən 1300-1633) məlum olan ən erkən rəsmi.

Uşaqların son dəfə göründüyü güman edilən küçə bu gün Bungelosenstrasse (barabansız küçə) adlanır, çünki orada heç kimə musiqi çalmağa və rəqs etməyə icazə verilməyib. Bu arada, siçanların əvvəlki hesablarda olmadığı və yalnız 16-cı əsrin ortalarında hekayəyə əlavə edildiyi deyilir. Üstəlik, vitraj pəncərəsində və digər ilkin yazılı mənbələrdə siçovulların vəbasından bəhs edilmir. Sadəcə 16 cı əsr mənbələrində şəhərin siçovullardan xilas olma hissəsi qeyd olunub.
Hamelndə əslində nə baş verib?
Əgər uşaqların yoxa çıxması qisas aktı deyildisə, o zaman tütəkçinin bu hərəkətindəki səbəb nə idi? Hameln uşaqlarının başına gələnləri izah etməyə çalışan çoxsaylı nəzəriyyələr var.
Məsələn, bir nəzəriyyə, uşaqların hansısa təbii səbəbdən öldüyünü və tütəkçinin əslində ölümün təcəssümü olduğunu göstərir. Siçovulları qara ölümlə əlaqələndirərək, uşaqların vəba qurbanı olduğu irəli sürülür. Yenə də qara ölüm Avropada 1348-1350-ci illər arasında, Hameln hadisəsindən yarım əsrdən çox sonra ən şiddətli halda olub. Başqa bir nəzəriyyə, uşaqların həqiqətən də yaşadıqları həddindən artıq yoxsulluq səbəbindən valideynləri tərəfindən göndərildiyini göstərir. Başqa bir nəzəriyyə, uşaqların müasir Rumıniyada başa çatmış “Uşaq Səlib yürüşü”nün iştirakçıları olduğunu fərz edir. Şərqi Avropada belə bir təklif var. Hameln Muzeyinin layihə koordinatoru Vibke Reimer bu fərziyyə üzərində düşünərək deyib: "Bu ssenaridə tütəkçi sözdə yer təyin edən və ya işə götürən rolunu oynayıb. Onlar şərqə miqrasiyaların təşkilindən məsul olublar və rəngarəng paltar geyindikləri və köçkünlərin diqqətini cəlb etmək üçün tütək çaldıqları deyilib."

Digərləri isə bunu Baltik dənizində baş verən gəmi hadisəsi ilə əlaqələndiriblər. Beləki tütəkçinin uşaqları gəmiyə mindirərək Şərqi Almaniyaya apardığı deyilir. Daha bir fərziyəyə görə isə uşaqlar Koppenberq dağlarında yoxa çıxıb. Çünki bir zamanlar əhali Koppenberq dağındaki mağaralarda şənliklər keçiriblər. Belə şənliklərin birində baş verən dağ uçqunu zamanı mağaranın ağzı bağlanıb və uşaqlar orada qalıblar. Yenə başqa bir təklif budur ki, bu rəqs maniası olaraq da bilinən rəqsin ifadəsidir. Vitusun rəqsi.
Bu əzab 14-cü və 17-ci əsrlər arasında Avropa materikini ələ keçirib və "yorğunluqdan yıxılana, infarkt və ya insultdan ölənə qədər saatlar, günlər və yəqin ki, aylarla küçələrdə isterik rəqs edənlər" kimi təsvir edilib.
Daha qaranlıq nəzəriyyələrdən biri hətta tütəkçi adlı şəxsin əslində uşaqları yatarkən qaçırmaq üçün Hameln şəhərinə sızan pedofil olduğunu göstərir. Ola bilsin ki, uşaqların itməsinin dəhşətli təbiəti baş verənlərlə bağlı təfərrüatların az olmasının səbəbidir. Reimer soruşur: "Üzvlərin ört-basdır etdiyi bir şey oluv? Bu, onilliklər və hətta əsrlər boyu şəhərin kollektiv yaddaşında şifahi olaraq ötürülən bir şey idimi?"

Tarixi qeydlər göstərir ki, Hamelnin tütəkçi hekayəsi real bir hadisədir. Bu, valideynlərin qəlbində əsl qorxu yarada bilər – qorxulu naməlum qüvvənin əlindən itirilən bir sıra real uşaqların həyəcan verici pıçıltıları. Bu hekayənin ötürülməsi, şübhəsiz ki, əsrlər boyu inkişaf etmiş və dəyişmişdir.

O uşaqlara həqiqətən nə olduğuna dair olan sirr hələdə aşkarlanmayıb. Hekayə bir sual doğurur ki, əgər Hamelnin tütəkçi əsəri həqiqətə əsaslanırsa, uşaq vaxtı bizə danışılan digər nağıllarda nə qədər həqiqət var?
Mənbə: AncientOrigins
Tərcümə etdi: Aysu Əsgərzadə
