Bu gün:

“Gözəl və vəhşi” nağılı və arxasındaki hekayə



Çoxumuza tanış olan hekayənin əsasını təşkil edən “Gözəl və Vəhşi”nin ən məşhur versiyası orijinal hekayə dərc edildikdən qısa müddət sonra Jeanne-Marie Leprince de Beaumont tərəfindən yazılıb.


1756-cı ildə gənc oxucular üçün hekayə kimi nəşr olunan bu sadələşdirilmiş versiyada viran olmuş bir tacir gəmiləri dənizdə batdıqdan sonra qızlarını və oğullarını kəndə yoxsulluq həyatına köçürməyə məcbur olur. Övladlarının çoxu onların dəyişən şərtlərindən narazı olsa da, kiçik qızı Gözəl evi təmiz saxlamaq və qidalandırmaq üçün əlindən gələni edir.

Az sonra tacir itmiş gəmilərindən birinin tapıldığı xəbərini alır. Digər övladları bahalı paltarlar üçün yalvararkən, Gözəl nə isə istəməkdən çəkinir. Könülsüz bir şəkildə, atasının təkidi ilə nəhayət, qızılgül istəyir.

Tacirin səfəri boşa çıxır. Evə gedərkən fırtınaya düşür və sirli bir qala ilə qarşılaşır. Orada heç kimin yaşamadığını düşünür, amma o, isti ocaq, yemək və yatmağa çarpayı tapır. Səhəri gün bağda böyüyən qızılgülləri görəndə Gözəlin arzusu yadına düşür və ona qızılgül alır.


Bu, qalanın sahibi olan canavarı qəzəbləndirir, və qızlarından birini göndərərsə, taciri buraxacağını söyləyir.

 Bacılardan ən gözəli olan Gözəl getməyə razı olur. O, canavar tərəfindən yeyilməyi gözləyir, amma əvəzində dəbdəbəli otaqlar, yaxşı yeməklər və əyləncələr verilir. Hər axşam ona nahara qatılan canavardan başqa heç kimi görmür. Canavar hər gecə ondan onunla evlənməsini xahiş edir və qız isə hər gecə yox deyir.

Bir neçə ay sonra Gözəl ailəsi üçün darıxdığını söyləyir. Canavar ona ziyarət üçün evə qayıtmağa icazə verir, lakin geciksə, kədərdən öləcəyini xəbərdar edir.

Qayıdanda Gözəlin bəzəyinə paxıllıq edən bacıları onu razılaşdığından daha uzun müddət qalması üçün aldadırlar. Bununla da, canavarın qəzəbindən onu yeyəcəyini zənn edirlər.

Ancaq Gözəl gec qayıtdığı zaman, canavarın onun üçün kədərləndiyi üçün ölüm yatağında olduğunu görür. Bu zaman canavarın onu sevdiyini başa düşür və ona yaşaması üçün yalvarır ki, onunla istədiyi kimi evlənsin.

O, dərhal yenidən şahzadəyə çevrilir və o Gözəllə evlənir.

Qısqanc bacıların taleyi necə oldu? Onlar qala xaricində canlı heykəllər olmağa məhkum olublar.


Orijinal versiya


Orijinal “Gözəl və Vəhşi” hekayəsi, La Belle et La Bête, Qabrielle-Suzanne de Villeneuve tərəfindən yazılıb və 1740-cı ildə La Jeune Américaine və Les Contes Marins-də nəşr edilib.

Bu orijinal versiyada yenə tacir bağdan qızılgül götürür və canavar qızlarından birini ona göndərməsini xahiş edir.


Burada bir az daha mürəkkəbləşir. Gözəl qəsrə gələndə yuxularında onu keçmiş görünüşlərinə baxmağa təşviq edən sevimli bir qadın və eyni zamanda aşiq olduğu yaraşıqlı bir şahzadə ziyarət edir. Teatr və operanı üzə çıxarmaq üçün bir sıra pəncərələr açılır. Meymunlar qulluqçu kimi çıxış edir və oyun oynamaq üçün tutuquşulardan istifadə edirlər.

O, heyvanlarla danışmağı bacarır. Canavarın evlənmək istəyini rədd etdiyinə görə özünü günahkar hiss etməyə başlayır, çünki o, ona çox şey təqdim edir.

Vəhşi sonda Gözələ ailəsini ziyarət etmək üçün evə qayıtmağa icazə verir və atası növbəti dəfə ondan soruşanda vəhşi ilə evlənməyi məsləhət görür, lakin o, onunla razılaşmır. O, nəhayət yuxuda canavarın öldüyünü görür və qadın yuxusuna qayıdıb ona qalaya gec qayıtdığını və canavarın öldüyünü söyləyir.

Gözəl ölü kimi görünən canavarı tapmaq üçün qalaya qayıdır. Onu diriltməyi bacarır və o, onunla evlənməyə razılaşır. Məlum olub ki, onun xəyal etdiyi kişi, yəni şəhzadə əslində canavardır. Şahzadənin anası Gözəlin oğlu ilə evlənmək üçün təbəqə olaraq aşağı olduğuna etiraz edəndə hekayə həm Gözəlin, həm də Vəhşinin mürəkkəb fonlarına çevrilir.

Yuxusunda Gözəli ziyarət edən qadın Gözəlin əslində padşahın qızı və yaxşı pəri olduğunu üzə çıxarır. Padşahla evlənmək istəyən pis pəri tərəfindən hədələnən Gözəli təhlükədən uzaqda saxlamaq üçün bir tacirin ölmüş qızı ilə dəyişdirilir.


Sonradan məlum olur ki, Vəhşi atasını itirmiş gənc şahzadədir. Anası kraliça, onu başqa bir pis pərinin himayəsinə buraxaraq səltənəti müdafiə etmək üçün müharibəyə getməyə məcbur olub. Böyüdükcə pəri onu aldatmağa çalışıb və şəhzadə onu rədd etdikdə onu canavara çevirib.


Nağılın arxasındaki hekayə

Bu nağılın Petrus Qonsalvusun əsl hekayəsindən ilhamlandığı güman edilir. O, 1537-ci ildə Kanar adalarında anadan olub və bədəninin hər yerində qalın tüklərin çıxmasına səbəb olan hipertrixoz xəstəsi olub.

Bu, onun 10 yaşı olanda, Fransa kralı II Henrixlə tanış olanda baş verib. Bu xəstəlik hər kəs tərəfindən ona bir maraq, "vəhşi adam" kimi baxılmasına səbəb olub.

Henri və həyat yoldaşı Ketrin de Medici onu bir "təcrübə" kimu görüb, ona bir neçə dildə danışmağı, oxumağı və yazmağı öyrədiblər.

Henrinin ölümündən sonra Ketrin onu saray xadiminin qızı ilə evləndirib və onlar 40 ildən çox evli qalıblar və birlikdə yeddi uşaq dünyaya gətiriblər. Uşaqlar da hipertrixoz xəstəliyindən əziyyət çəkiblər.

Hipertrixoz bədəndə anormal miqdarda tüklərin böyüməsidir. Hipertrixozun iki fərqli növü bütün bədəndə baş verən ümumiləşdirilmiş hipertrixoz və müəyyən bir nahiyə ilə məhdudlaşan lokallaşdırılmış hipertrikozdur. Hipertrixoz ya anadangəlmə ola bilər və ya sonradan qazanılmış ola bilər.


Mənbə: helenarookwood

Tərcümə etdi: Aysu Əsgərzadə 

Paylaş
Şərh əlavə et