Bu gün:

"Həyata adi insan kimi yox, jurnalist kimi baxıram" - İslam Qədirli ilə müsahibə



24Media.az-ın budəfəki müsahibi jurnalist, BakuTV-nin xəbər aparıcısı İslam Qədirlidir. O, jurnalistikaya gəlmə hekayəsi, hazırkı iş prosesi ilə bağlı suallarımızı cavablandırıb.

Müsahibənin əvvəlində İslam Qədirli həyatdakı prinsiplərindən danışıb: Dürüstlük, ədalətli olmaq onun həyat prinsiplərindəndir. O deyir ki, ən böyük biclik dürüstlükdür, insan nə qədər dürüst olarsa, özünü o qədər rahat, azad hiss edir. Hətta bu ona çevrəsində çətinliklər yaradır, bəzən insanların xətrinə dəyir, buna baxmayaraq, hər şeyi olduğu kimi deməyə üstünlük verir.

Müsahibimiz vurğulayıb ki, əsas hədəfi öz sahəsində peşəkar olmaqdır.

Ardından hər insanın öz sahəsində peşəkar olmalı olduğunu vurğulayır.


O, jurnalistikaya iş yox, həyat tərzi kimi baxdığını deyib: “Çalışıram ki, tələbələrimə sadəcə diksiya və danışıq yox, həyata jurnalist kimi baxmağı da öyrədim.”

İslam qeyd edir ki, jurnalistikaya gələndən sonra həyata baxışlarının dəyişdiyini müşahidə edib. Jurnalist ətrafa, həyata baxanda hər kəsdən fərqli olaraq problemləri, mövzuları görməyə çalışır: “Dostlarımla danışanda onların həyatından mövzu götürürəm, sonra insanlar deyir ki, sən bu qədər şeyi haradan bilirsən? Həyata adi insan kimi yox, jurnalist kimi baxıram”.

Aparıcı jurnalistikaya gəlməyinə təkan verən hadisədən də danışıb. İslam Qədirli qeyd edir ki, oxuduğu məktəbdə problemlər yaranıb və oranı tərk etməli olub.  Daha sonra 10-cu sinifdə hazırlığa getdiyi müəllim sayəsində səs tembri və aparıcılıq qabiliyyəti haqqında düşünməyə başlayıb: “Bundan əvvəl, 11-12 yaşlarımda səsim gur çıxırdı, müəllimlərim deyirdi ki, biz səndən qorxuruq, get, yumurta iç, səsin düzəlsin”.


Jurnalistikaya gəlməsindən əlavə, jurnalistika təhsilini alarkən dayanmadan öz üzərində çalışdığı və texniki işçi kimi sahəyə addım atmağa başladığını da vurğulayıb.

İslam Qədirli qeyd edir ki, uşaqlığı çətin keçib. Tələbəlik dövrünü unutmadığını, tez-tez xatırladığını deyir. Buna görə də universitetdə təhsilini digər akademik pillələrdə davam etdirəcəyini söyləyir. Fakültəyə qəbul olmağın həyatının dönüm nöqtəsi olduğunu vurğulayıb.

Həmçinin, o deyir ki, onun həyatında hər tipdən, hər xarakterdən, həyat tərzindən insan var, lakin onları birləşdirən cəhət ürəklərinin təmiz olması - paxıllıqlarının olmamasıdır. Hər şeyi dəstəksiz özü etməyə çalışıb, bu ona güc verib.  “Çətinliyi keçən insanlar daha çox özünü formalaşdırır”, - deyə vurğulayıb. Həyatındakı çətinliklərin onun şansı olduğunu düşünür..
.


Ayşə Məmmədcəfərli

Günel Məmmədova

Paylaş
Şərh əlavə et