Bu gün:

Şigir heykəli


12.500 yaşlı Şigir heykəli taxtadan hazırlanmış ən qədim sənət əsərlərindən biridir və tarixdə əvvəlki cəmiyyətlər haqqında fərziyyələri yenidən nəzərdən keçirməyə kömək edir.

Təxminən üç metr uzunluğunda olan 12.500 illik totem dirəyi, dünyada bilinən ən qədim taxta heykəldir. Sibir sərhədindən çox da uzaq olmayan Ural dağlarında tənha bir muzeydə sakit otaqda nümayiş etdirilir. “Şığır bütü” adlanan bu heykəl Pasxa adasının nəhəng daş fiqurları qədər sirli olan ən qədim ritual sənətdir. O, ziyarətçilərə pis ruhların məhv olmasının təsvirini təqdim edir.


1890-cı ildə qızıl mədənçiləri tərəfindən torf bataqlığından üzə çıxarılan bu heykəl və ya heykəlin qalıqları, böyük kəsimdə olan və larch ağacından hazırlanan vərəq üzərində oyulub. Həndəsi naxışlar arasında (ziqzaq, zolaq, siyənək sümüyü) səkkiz insan siması var. Bu üzlərin hər birinin ön və arxa müstəvilərində çox aydın olmayan və gözləri təmsil edən xətlər mövcuddur.


Başın yuxarı hissəsində yerləşmiş, tərs gözyaşı damlasına bənzəyən ağız geniş açıqdır və bir az qorxulu görünür. Almaniyanın Aşağı Saksoniya Mədəni İrs Departamentinin arxeoloqu, tədqiqata da rəhbərlik edən Tomas Terberqer, "Yuxarıdakı üz digərləri kimi ifadəsiz deyil" - deyib. “Qışqırmaq, bağırmaq və ya mahnı oxumaq. Bu üz yəqin ki, bədxah bir hakimiyyəti əks etdirir" - deyə də vurğulayıb.


Şigir bütü istisna olmaqla, paleolit dövründən indiyə qədər heç bir ağac üzərində oyma əsəri qalmayıb. Heykəlin yaşı yalnız 1907-ci ilə qədər təxmini olaraq hesablanıb, elm adamları karbon tarixi ilə onun 9500 yaşında olduğunu təyin ediblər. Bu, əksər alimlərin təsəvvür belə edə bilmədiyi bir tarix olub. Təyin olunanlara şüphə ilə yanaşan alimlər iddia ediblər ki, heykəlin mürəkkəb ikonoqrafiyası sözügedən dövrdə yaşamış ovçu-yığıcıların imkanlarından çox kənarda olub, çünki Avropa və Asiyada eyni dövrə aid artefaktlarda heyvanların sadə təsvirləri və ov səhnələri olduğu halda, Şigir bütü bunlardan məhrum edilib.


Dr. Terberger və alimlər qrupu 2014-cü ildə sürətləndirici kütlə spektrometriyasından (artefaktların yaşını ölçmək üçün istifadə olunan üsul) istifadə edərək, bütün hazırlanan materialdan nümunələri araşdırıb. İnkişaf edən texnologiya artefaktın mənşəyini çox daha erkən bir tarixə aparıb. Artefakt 11,600 il əvvələ, Avrasiyanın son buz dövründən yenicə çıxdığı vaxta aid edilib. Beləliklə, heykəl Misir piramidaları və stounhengedən iki dəfədən çox köhnə olub. Təbii ki, minlərlə il fərqi ilə dünyada tanınan ilk ritual sənət əsəri olub.


“Büt böyük iqlim dəyişiklikləri dövründə oyulub. Bu dövrdəki meşələr buz dövründən sonrakı dövrdə, yəni Avrasiyanın daha isti iqlimində yayılıb" - deyə Dr. Terberger vurğulayır. Təbii mühit dəyişib və təbii ki, incəsənət də mağaralarda çəkilmiş və qayalara həkk olunmuş simvolik naxışları da təbiət dəyişib. Bəlkə də sənət insanlara qarşılaşdıqları çətin təbii mühitin öhdəsindən gəlməyə kömək edib.


Mənbə: The New York Times

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et