Bu gün:

Qəzzada ölənlər arasında Həmas polis rəisinin olduğu bildirildi


HƏMAS-ın idarə etdiyi mülki müdafiə xidmətinin məlumatına görə, İsrailin Qəzza zolağına endirdiyi 15 hava zərbəsi nəticəsində 40-dan çox fələstinli həlak olub.

Qəzza polisinin rəisi və onun müavini Əl-Məvasinin cənubundakı “humanitar zona”da köçkün ailələr üçün çadır düşərgəsinə gecə hücumu nəticəsində həlak olan 11 nəfər arasında olub.

HƏMAS-ın idarə etdiyi Daxili İşlər Nazirliyi Mahmud Salah və Hussam Şahvanın "sui-qəsd" adlandırdığı hadisəni pisləyib və onların "insani və milli borclarını yerinə yetirdiyini" bildirib.

İsrail ordusu HƏMAS-ın hərbi qanadının İsrail qüvvələrinə hücumlar planlaşdırmasına kömək edən "terrorçu" olduğu iddia edilən Şahvanı hədəf aldığını təsdiqləyib.

Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et