Bu gün:

Sinqapurda saqqız çeynəmək niyə qadağan edildi?


Sinqapurda saqqız çeynəməyin qadağan olduğunu bilirdinizmi? Bu qadağanın səbəbi düşündüyünüzdən qat-qat daha maraqlıdır! 

Metro qapılarından küçə təmizliyinə qədər tətbiq edilən bu qaydalar, ölkədə nizam-intizam anlayışını formalaşdırır. Təmiz küçələr və sərt qaydalar, Sinqapurun niyə “nizamlı şəhər” adlandırıldığını bir daha göstərir. Məsələn, Sinqapurda niyə saqqız çeynəmək qadağandır?


Sinqapur kənardan gözəl görünsə də, əslində qadağalar ölkəsidir. 

Hətta o qədər maraqlı qadağalar var ki, həm turistlər, həm də yerli sakinlər zaman-zaman çətinlik çəkirlər.


Bəs siz bilirdinizmi ki, Sinqapurda saqqız çeynəmək qadağandır?

Bu qadağanı ilk dəfə tətbiq edən Sinqapurun əfsanəvi lideri Li Kuan Yu ölkəni kiçik bir liman şəhərindən qlobal ticarət mərkəzinə çevirən şəxs kimi də tanınır. Li Kuan Yu bu qadağanın xarici jurnalistlər arasında geniş müzakirə olunduğunu bəyan edib. O, amerikalı jurnalist Tom Pleytlə müsahibəsində “İllər boyu məndən həmişə saqqız qadağası haqqında soruşurdular”- deyə bildirib.


1965-ci ildə Sinqapur müstəqillik qazananda, resursları məhdud olan kiçik bir ölkə idi. Bu çətinliklərin öhdəsindən gəlmək üçün Li “üçüncü dünya regionunda bir oazis” yaratmaq planı ilə hərəkətə keçib.

Ölkənin təmizlik, nəqliyyat və ətraf mühitin planlaşdırılması sahəsində əldə etdiyi uğurlar qısa zamanda dünyanın bir çox inkişaf etmiş ölkələrini geridə qoyub.


Kembric məzunu olan Linin məqsədi mükəmməl cəmiyyət yaratmaq idi. “Saqqız qadağasını əvvəlcə başa düşmək çətin idi, amma sonra başa düşdüm ki, ictimai yerlərdə yerə atılan saqqız Sinqapurun mükəmməllik hədəfini sarsıdıb” - deyə Tom Pleyt yazıb.


Saqqız "distopik" element kimi qəbul edilirdi. İctimai yerləri çirkləndirən bu vərdiş tərəqqinin düşməni, saqqız çeynəməyə qadağa qoyulması isə “utopiya”ya doğru addım kimi qiymətləndirilib. Jurnalist saqqızın yaradıcılığın simvolu ola biləcəyi fikrini dilə gətirəndə o, "Metro qapılarına saqqız yapışdırmaqla onların açılmasının qarşısını almaq? Bu, yaradıcılıq deyil, tamamilə pislikdir" - deyə cavab verib.


Bu gün bu vəziyyət bir qədər dəyişib. 2004-cü ildə ABŞ ilə azad ticarət müqaviləsi bəzi "dərman" saqqızlarının reseptlə satılmasına icazə verdi.


Sinqapur Hüquq Universitetindən Eugene Tan bu qaydaları aşağıdakı sözlərlə ümumiləşdirir: “Ölkəmizin “nizamlı şəhər” kimi tərifi sinqapurlular arasında çox yayılmışdır. Bu ifadə həm də düzgün sözünün ikinci mənasını, yəni cinayət sanksiyalarını ifadə edir”.


Bu gün küçələrdə saqqız çeynəyən insanları görmək demək olar ki, mümkün deyil. Tan deyir ki, saqqızın olmaması onu heç vaxt narahat etməyib: “O çirkin saqqız izləri olmadan yollar daha gözəl görünür”.

Sinqapura tez-tez səfər edən jurnalist Tom Plate bu ölkənin təmiz, bahalı və qaydalarla dolu olduğunu deyir.


Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et