Polisin bildirdiyinə görə, çərşənbə günü silahlı şəxs Monteneqronun cənubunda iki uşaq da daxil olmaqla, ən azı 10 nəfəri güllələyib.
İctimai yayımçı RTCG-nin sitat gətirdiyi polis rəsmisinə görə, ölümlərin bəziləri Çetinye bölgəsindəki bir restoranda qonaqlar arasındakı kiçik bir mübahisədən sonra baş verib.
Barda müştərilərdən biri ilə mübahisə edən şəxs silah götürmək üçün evinə gedib, daha sonra geri qayıdaraq müəssisənin sahibini və bir neçə nəfəri güllələyib. Sonra o, küçədə atəş açıb. Daha sonra hücumçunun özünü öldürdüyü təsdiqlənib.
Hökumət cümə axşamından etibarən üç günlük milli matəm elan edib və baş nazir Milojko Spajic atışmanı "dəhşətli faciə" kimi qiymətləndirib.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
