Bu gün:

HƏMAS lideri İsmayıl Haniyəni İranda öldürdüyünü təsdiqləyib


İsrailin müdafiə naziri İsrael Katz HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin bu yay Tehranda öldürüldüyünü təsdiqləyərək İsrailin silahlı liderlərə qarşı əməliyyatlarının miqyasını açıqlayıb. İsrailin müdafiə naziri İsrael Katz İsrailin keçən yay İranda HƏMAS-ın yüksək rütbəli lideri İsmayıl Haniyəni öldürdüyünü təsdiqləyib.

Katzın bəyanatları İsrailin iyul ayında Tehranda baş verən partlayışda ölən Haniyəni qətlə yetirdiyini ilk dəfə etiraf edir. Partlayışın arxasında İsrailin olduğu düşünülürdü, lakin İsrail rəsmiləri daha əvvəl bu ittihamları birbaşa qəbul etməmiş və yalnız onların hadisədə əli olduğunu eyham etmişdilər.

Bazar ertəsi çıxışında Katz həmçinin bildirib ki, İsrail Həmas və Hizbullahın digər liderlərini öldürüb, Suriyada Bəşər Əsədin devrilməsinə kömək edib və İranın zenit sistemlərini məhv edib.

Müdafiə nazirinin sözlərinə görə, İsrail hazırda Yəməndəki husi üsyançılarına yönəlib.

Katz dedi:"Biz (Husilərin) strateji infrastrukturunu vuracağıq və onların liderlərinin başını kəsəcəyik".

Nazir Katz İsrailin əvvəlki hücumlarında öldürülən Həmas və Hizbullah liderlərinə toxunaraq, "Tehran, Qəzza və Livanda etdiyimiz kimi Hudeydə və Sənada Haniyə, (Yəhya) Sinvar və (Həsən) Nəsrullaha hücum edəcəyik" dedi.


Mənbə:euronews
Tərcümə etdi:Səma İsmayılova

Paylaş
Şərh əlavə et