Bu gün:

Kreml Əsədin həyat yoldaşı ilə boşanmaq xəbərini yalanlayıb


Suriyada hakimiyyətdən devrilmiş prezident Bəşər Əsədin Britaniya əsilli həyat yoldaşı boşanmaq istəmir. Bu barədə Kremlin sözçüsü məlumat verib.

Türkiyə mətbuatında yayılan xəbərlərə görə, Əsma Əsəd evliliyinə son qoymaq və üsyançı koalisiyanın keçmiş prezidentin rejimini devirməsi ilə Dəməşqdə nəzarəti ələ keçirdikdən dərhal sonra həm ərini, həm də ona sığınacaq verən Rusiyanı tərk etmək istəyir.

Mətbuat konfransında yayılan xəbərlərlə bağlı suala Dmitri Peskov “Xeyr, bunlar reallığa uyğun gəlmir” - deyib.

O, həmçinin Əsədin Moskvaya girişinə qadağa qoyulması və əmlakının dondurulması ilə bağlı yayılan xəbərlərin doğru olmadığını bildirib.

Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et