
Dünyanın ən çox ziyarət edilən abidələrindən biri olan Ayasofya incəsənət və memarlıq tarixi baxımından dünyanın ən məşhur abidələrindən biridir. 6-cı əsrdə Şərqi Romalı Filon tərəfindən dünyanın 8-ci möcüzəsi olaraq təsvir edilib.
916 il məscid olan bina 1453-cü ildə Fateh Mehmed tərəfindən İstanbulun fəthindən sonra məscidə çevrilib və 482 il məscid kimi istifadə edilib. 1935-ci ildə Atatürkün göstərişi və Nazirlər Kabinetinin qərarı ilə muzeylə olaraq qapılarını açıb. 2020-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə yenidən məscidə çevrilərək müsəlmanların ibadətinə açılıb.
"Ayasofya" nə deməkdir?
Ayasofya ilk dəfə tikiləndə Böyük Kilsə (Megale Ekklesia) adlanırdı. Lakin kilsə 5-ci əsrdən etibarən Sofiya adlandırılmağa başlanıb. Buna baxmayaraq, ictimaiyyət "Böyük Kilsə" adlandırmağa davam edib. 1453-cü ildə fəth edildikdən sonra kilsənin adı bu gün də istifadə edilən "Ayasofya" olaraq dəyişdirilib.
İmperator qapısı
Yalnız İmperator və ətrafı tərəfindən istifadə edildiyi üçün İmperator Qasısı adlandırılan qapı, daxili narteksdən Ayasofyadakı əsas məkana keçidi təmin edir. Bu, Ayasofyanın ən böyük qapısıdır və hündürlüyü 7 metr olan, tunc çərçivəli palid ağacından hazırlanıb. VI əsrə aid olan qapının qanadları tunc lövhələrlə örtülüb. Şərqi Roman mənbələri onun Nuhun gəmisinin ağacından hazırlandığını iddia ediblər. Üzərindəki mozaika Ayasofyanın aşkar edilən ilk mozaikasıdır.
Cənub qalereyasının orta hissəsində, mərmər məhəccərlərin üzərində IX əsrə aid Vikinq yazısı var. Burada “Halvdan burada idi” yazılıb. Mətnin Şərqi Romada orduda muzdlu işləyən bir Vikinq əsgəri tərəfindən yazıldığı güman edilib.
Mənbə: Arkeofili
Tərcümə etdi: Sona Osmanova
