İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 77 nəfər artaraq 45 min 206 nəfərə çatıb. Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 441 gündür hücumları ilə bağlı məlumat verilib.

Bildirilib ki, son 24 saatda Qəzza zolağının müxtəlif yerlərində soyqırım törədən İsrail ordusunun həyata keçirdiyi “3 qırğın”da 77 nəfər həyatını itirib, 174 nəfər isə yaralanıb.
İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 45 min 206-ya, yaralıların sayının isə 107 min 512-yə yüksəldiyi qeyd edilib.
Bəyanatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsinə görə tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səidə Əsədli
