
İsrailin sıx hücumlar həyata keçirdiyi Qəzza zolağında ölənlərin sayı 45 min 206-ya yüksəlib.
İsrailin Qəzza zolağında həyata keçirdiyi intensiv hücumlar 441 gündür davam edir. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail qüvvələrinin son 24 saatda həyata keçirdiyi 3 hücumda 77 fələstinlinin həyatını itirdiyi, 174 fələstinlinin isə yaralandığı bildirilib. Qəzza zolağında 7 oktyabr 2023-cü ildə başlayan hücumların balansının da yer aldığı açıqlamada, ümumi can itkisinin 45 min 206-ya, yaralı sayının isə 107 min 512-yə yüksəldiyi bildirilib.
Mənbə: a haber
Tərcümə etdi: Səma İsmayılova
