Prezident Rəcəb Tayyib Ərdoğan Misirdə keçirilən D-8 Zirvəsi çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşüb.
Türkiyə Prezident Administrasiyasının verdiyi məlumata görə, görüş zamanı Türkiyə ilə Pakistan arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan Türkiyənin, Pakistanın əmin-amanlığına və təhlükəsizliyinə təhdid yaradan terror hərəkətlərinə qarşı həmişə Pakistanın yanında olduğunu vurğulayıb. O, Pakistan iqtisadiyyatındakı dirçəlişi məmnuniyyətlə qarşıladıqlarını və iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın artırılması üçün işlərin davam etdiriləcəyini bildirib.
Prezident Ərdoğan Türkiyənin Suriyadakı tarixi dönüş prosesində Suriya xalqının yanında olmağa davam edəcəyini də qeyd edib.
Mənbə: TRT haber
Tərcümə etdi: Ayxan Cəfərov
