Bu gün:

Çinin “sehrli silah"ı casus mübahisəsinə səbəb oldu


Çin Xalq Respublikasının qurucu lideri Mao Zedong və hazırkı prezidenti Xi Jinpinin fikrincə, "sehrli silah" var.

O, Birləşmiş Cəbhə İşi Departamenti adlanır və Pekinin artan hərbi arsenalı qədər Qərbdə həyəcan təbili çalır.

Şahzadə Endryu ilə əlaqəsi olan tanınmış iş adamı Yang Tengbo , UFWD ilə əlaqəsinə görə yoxlanılan və sanksiyaya məruz qalan xaricdəki ən son Çin vətəndaşıdır.

Şöbənin mövcudluğu sirr deyil. Çin Kommunist Partiyasının onilliklərdir fəaliyyət göstərən və yaxşı sənədləşdirilmiş bu qurumu əvvəllər də müxtəlif mübahisələrə səbəb olub. ABŞ-dan Avstraliyaya qədər müstəntiqlər, UFWD-ni (Birləşmiş Cəbhə İşləri Departamenti) bir çox casusluq işlərində adı çəkilən bir qurum kimi göstərir və tez-tez Pekini bu şöbədən xarici müdaxilələr üçün istifadə etməkdə ittiham edirlər. 

Pekin bütün casusluq iddialarını rədd edərək, onları gülünc adlandırıb.

Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et