
ABŞ-nin Ali Məhkəməsi "Tik-tok"un ölkədə qadağan olunmasının qarşısını almaq üçün irəli sürdüyü iddiaları dinləyəcək. Qadağa proqramın Çin dövləti ilə əlaqələrinə əsaslanır. Tik-tok və ana şirkəti ByteDance isə bu ittihamları rədd edib.
Məhkəmə "Tik-tok"un təcili qadağa tələbinə razılıq verməsə də , yanvarın 10-da şirkətin mövqeyini dinləməyə razılaşıb. Qadağanın qüvvəyə minməsinə isə cəmi 9 gün qalacaq.
Tətbiqin qanunu konstitusiyaya zidd adlandıraraq , ABŞ-dəkı istifadəçilərinin fikir ifadə azadlığı hüququnu pozduğunu iddia edib. Şirkətin nümayəndəsi Ali Məhkəmənin qərarından məmnun olduğunu və 170 milyondan çox istifadəçinin hüquqlarının qorunacağına inandıqlarını bildirib.
Ekspertlər məsələnin milli təhlükəsizlik və ifadə azadlığı arasında balans yaratmaqdan ibarət olduğunu bildirirlər. Lakin siyasi faktorlar da həlledici ola bilər. Donald Trampın "Tik-tok"a müsbət yanaşdığı bildirilir , lakin o qadağadan bir gün sonra vəzifəyə başlayacaq.
Proqramın qadağan edilməsi , eyni zamanda , "Instagram"ın ana şirkəti Meta üçün böyük üstünlük yaradacaq. Tədqiqatlara görə , istifadəçilərin yarıdan çoxu qadağa halında Instagram "Reels"ə keçməyi planlaşdırır.
Mənbə: BBC News
Tərcümə etdi: Xavər Məmmədli
