Çox vaxt qərəzli və ya lazımınca qiymətləndirilməyən tənhalıq problemi indi ictimai sağlamlıq problemi kimi qəbul edilir.

İş o yerə çatıb ki, qiymətli elmi nəşrlərdən biri olan "Lancet" iyul ayında tənhalıq və sosial təcrid məsələlərini araşdırmaq üçün xüsusi komitə yaratdığını elan edib.
Bunun səbəbi tənhalığın fiziki və ruhi sağlamlığa mənfi təsir edən bir problem olmasıdır.
Alimlər bildiriblər ki, sosial əlaqələrin zəifləməsi ürək-damar xəstəlikləri, hipertoniya, şəkərli diabet, yoluxucu xəstəliklərin artması, koqnitiv funksiyaların pozulması, depressiya və təşviş ilə əlaqələndirilir.
Tezliklə məsələyə baxmağa başlayacaq komitənin ideyası mövcud olan ən yaxşı elmi dəlillərə, əsasən, tənhalığın nə olduğunu, onu necə müəyyənləşdirmək və onunla mübarizə aparmağın əsas yollarını dəqiq müəyyən etməkdir. Çünki tənhalıq subyektiv bir təcrübədir və tək qalmaqla eyni deyil. Tənhalıq hissləri əsasən mədəni normalarla formalaşır. Bu subyektivlik alimlərin qarşısında duran ən mühüm problemlərdən biridir.
Rio Grande do Sul Katolik Universitetinin Beyin İnstitutundan psixiatr Lukas Spanemberq "BBC News Brazil" xidmətindən Andre Bernath-a danışarkən "Tənhalıq hissi fərdi bir təcrübədir. Təcriddə yaşayan bir çox insan, əslində, tənha hiss etmir",-deyir və əlavə edir.
“Əksinə, başqa fərdlərin əhatəsində olmaq o demək deyil ki, bu insanlar öz ətrafları ilə bağlı hiss edirlər".
Yalnızlıq ilə fiziki və ruhi sağlamlıq arasındakı əlaqəni araşdıran müxtəlif araşdırmalar var.
2010-cu ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Brigham Young Universitetində aparılan araşdırmalar göstərib ki, güclü sosial əlaqələri olan şəxslərin yaşadıqları mühitlə müqayisədə daha az qarşılıqlı əlaqədə olanlara nisbətən uzun müddət yaşama ehtimalı 50% çoxdur.
Mənbə: BBC
Tərcümə etdi: Fatimə Hüseynova
