
Aylarla davam edən çıxılmaz vəziyyətdən sonra İsrail və HƏMAS-ın Qəzzada atəşkəs və girovların azad edilməsi razılaşmasına yaxınlaşa biləcəyinə dair yeni işarələr var.
Dolayı danışıqlarda iştirak edən yüksək rütbəli Fələstin rəsmisi BBC-yə bildirib ki, danışıqlar “həlledici və yekun mərhələdə”dir.
İsrailin müdafiə naziri İsrael Katz da razılaşmanın həmişəkindən daha yaxın olduğunu bildirib.
Son həftələrdə ABŞ, Qətər və Misir vasitəçilik səylərini bərpa edib - bu 14 aylıq müharibədə hər iki tərəfin müqavilə bağlamaq üçün daha çox istəyi olduğunu bildiriblər.
“İş səyahəti” olaraq xarakterizə edilən İsrail nümayəndə heyəti hazırda Qətərin paytaxtı Dohadadır.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
