Bu gün:

Heydər Əliyevin siyasi fəaliyyəti


Heydər Əliyevin siyasəti Azərbaycan tarixində mühüm yer tutur və o, ölkənin inkişafında, dövlətçiliyin möhkəmlənməsində böyük rol oynayıb.Öncəliklə Əliyevin dövlət quruculuğunda həyata keçirdiyi tədbirlərdən danışaq. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul olunur. 1998-ci ildə senzura və edam cəzası ləğv olunur. 1999-cu ildə isə ilk bələdiyyə seçkiləri keçirilir. Azərbaycanın “Qara qızılı” sayılan neft sahəsində də bir neçə addımlar atılır. Bu addımlara 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin imzalanmasını nümunə göstərmək olar. Bu müqavilə ölkənin iqtisadiyyatının dirçəlməsi və beynəlxalq arenada mövqeyinin güclənməsinə səbəb oldu. Bütün bunlarla yanaşı, Heydər Əliyev ordu quruculuğu və milli idealogiyanın formalaşmasına da xüsusilə önəm verirdi. Xarici siyasətdə də bu gün üçün vacib addımlar ataraq, ölkə siyasətində mühüm rol oynayıb. Bunların nəticəsində, Azərbaycan 1994-cü  ildə NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşuldu və 1997-ci ildə isə GUAM təsis edildi. Ulu öndər iqtisadiyyatı da diqqətdən kənarda saxlamayıb. Belə ki, bu sahədə islahatlar keçirib. Nəticəsində ölkə iqtisadiyyatında liberallaşdırılma, özəlləşdirmə siyasəti həyata keçirilib. Heydər Əliyevin siyasəti Azərbaycanın gələcək inkişafı üçün bir təməl yaradıb. “Heydər Əliyev irsi” hələ də ölkənin müasir siyasi həyatında böyük rol oynayır.

Hazırladı: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et