Bu gün:

İqor Krillovun ölümü


Rusiyalı general-leytenant İqor Kirillov və köməkçisinin ölümü ilə nəticələnən partlayışla bağlı daha aydın təsəvvür yaratmağa çalışmaq üçün Moskvadan gələn sosial media videolarını və şəkillərini təhlil edək:

Ukrayna mənbələri 2017-ci ildən Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Mühafizə qoşunlarına nəzarət edən yüksək rütbəli komandirə hücuma görə məsuliyyəti öz üzərinə götürüb. O, oktyabr ayında Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalıb və “Kreml dezinformasiyasının mühüm ruporu” olmaqda ittiham edilib.

General-leytenant Kirillov çərşənbə axşamı səhər tezdən Moskvanın cənub-şərqində müasir yaşayış binasından çıxarkən park edilmiş skuterdə gizlədilən qurğu partladılıb. Təsdiq edilmiş görüntülərdə general-leytenant Kirillov və köməkçisinin əsas qapının yanında dayanmış skuter partlamadan əvvəl binanı tərk etdiyi görünür. Görünür, video yaxınlıqda park edilmiş avtomobilin idarə panelinə quraşdırılmış kamera tərəfindən lentə alınıb. Partlayışdan sonra heç nə görünmür, görüntülərin qalan hissəsi partlayışın dağıntıları ilə örtülür.


Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et