Belarus Prezidenti Aleksandr Lukaşenko, gələn ay ölkədə keçiriləcək prezident seçkiləri üçün seçki komissiyasına rəsmi olaraq namizədliyini irəli sürmək üçün müraciət edib. Seçkilərdə Lukaşenkonun namizədliyi üçün çalışan təşəbbüs qrupunun rəhbəri Yuri Senko etibarnamə və lazımi sənədləri Belarus Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Jurnalistlərə verdiyi açıqlamada Lukaşenkonun namizədliyi üçün ictimaiyyətdən lazımi imzaların toplandığını bildirən Senko, “Bu gün mən vəkalətnamə ilə Aleksandr Lukaşenkonun Belarus prezidentliyinə namizəd kimi qeydə alınması üçün sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etdim" dedi.
Seçki kampaniyasının normal və sakit keçəcəyini deyən Senko bunu imza toplayanda hiss etdiklərini bildirib.
Belarusda 26 yanvar 2025-ci ildə keçiriləcək prezident seçkiləri üçün namizədlər ən azı 100 min imza toplamalı və Mərkəzi Seçki Komissiyasına müraciət etməlidirlər. Namizədlik üçün müraciətlər dekabrın 21-də başa çatacaq. Dekabrın 22-31-i arasında müraciət etmiş prezidentliyə namizədlərin adları qeydə alınacaq və onların adları müəyyənləşəcək. 2025-ci il yanvarın 1-dən 25-dək ölkədə seçki kampaniyasına start veriləcək, erkən səsvermə yanvarın 21-25-də, seçki isə yanvarın 26-da keçiriləcək.
Mənbə: CNN TÜRK
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
