Bu gün:

Parazitoloji xəstəliklərin yayılma üsulları və müalicəsi


24media.az-ın budəfəki müsahibi Şərq-Qərb klinikasında həkim, Parazitoloq dr. Sevinc Cəfərzadədir. Müsahibə ərzində Parazitoloji xəstəliklər, onların yayılma üsulları və müalicəsi haqqında danışmışıq.

-Sizcə, parazitlər insan orqanizminə necə yoluxur və hansı hallarda daha çox risk altında oluruq?

Parazitlər orqanizmə fekal-oral yolla yoluxur: Çirkli əllər vasitəsilə və ya gigiyena qayadalarına düzgün əməl etmədikdə, su ilə qidalarla və digər amillərlə. Sualın 2-ci tərəfinə isə cavabım yenədə gigiyenik qaydalara düzgün əməl olunmursa, bundan sığortalanmaq qeyri-mümkündür.

-Ən çox rast gəlinən parazit növləri hansılardır və onların əlamətləri nələrdir?

Ən çox yayılan parazit növləri bu dəqiqə Azərbaycanda askarid, enterebioz (bizquyruq), lyamblya, tükbaş qurddur. Bu parazitlərin əlamətlərinə gecələr dişqıcama, səhərlər ürəkbulanma, seçici qidalanma (məsələn, “Mən bunu yemək istəyirəm, bunu yox” və s.) daxildir. Sırf şirniyyatla və yaxud daimi sevilən bir qidayla qidalanma daha sonra əsəb gərginliyinə, allergik əlamətlərə səbəb ola, qarın boşluğu və göbəkətrafı nahiyədə ağrılar, inkişafdan geri qalma, yuxusuzluq və bu kimi çoxsaylı klinik əlamətlərlə müşahidə oluna bilər.

-Parazitar xəstəliklərin diaqnostikası necə aparılır? Müasir tibbdə hansı üsullar daha effektiv hesab olunur?

Parazitar xəstəlikləri müayinə etmək üçün adətən mədə-bağırsaq sistemindəki parazitləri aşkar edirik deyə, onlar ən çox həzm sistemi müayinəsi zamanı qastroskopiya Helmintlərin antitellərinin qanda müayinəsini apararkən üzə çıxır. Bura aiddir: nəcisin ümumi analizi, qusuntu kütləsinin analizi və yaxud rentgen müayinəsi, kolonoskopiya müayinəsi və digər orqanlarda, məsələn, qaraciyərdə exnokok və s. bunlar ultrasəs müayinəsi zamanı aşkarlanır.

-Parazitlərə qarşı profilaktik tədbirlər hansılardır və gündəlik həyatda nələrə diqqət etmək lazımdır?

Parazitar xəstəliklərə qarşı profilaktik tədbirlər ondan ibarətdir ki, mütləq şəkildə, yenidən vurğulayıram gigiyenik qayadalara əməl etmək lazımdır: Əllərin tez-tez yuyulması (gündə ən azı 5 dəfə), xüsusən də ətraf mühitdən evə daxil olarkən və yemək yeməzdən əvvəl, alt paltarı və yataq dəstinin gigiyenik qaydalarına riayət olunması, həmçinin evlərin antiseptik vasitələrlə təmizlənməsi, bağçalarda, məktəblərdə və digər müəssisələrdə sanitar qovşaqların gigiyenik təmizlənməsi və s. bunlar hamısı vacib şərtlərdir, hansı ki, yoluxmanın qarşısını alır. Hətta müasir dövrdə meyvələri və bitkiləri yumaq üçün yuyucu vasitələr var, ona görə də məsləhət görərdim ki, hər bir qida yuyulmuş, yəni bütün gigiyenik qaydalar gözlənilmiş şəkildə qəbul olunsun. Əsasən, göyərtilərdə qum hissəcikləri, qurd yumurtaları daha çox qalır, bu səbəbdən sirkəli, duzlu suda saxlamaqla istifadə etmək daha məqsədəuyğundur.

-Lyambliya (Giardia) qurdu necə yoluxur və təbii üsulla müalicəsi mümkündürmü? Hansı bitki və təbii vasitələr bu prosesdə faydalı ola bilər? 

Lyambliyalar adətən oral yolla yoluxur, onun fekal yolla yoluxması qeyri-mümküdür, çünki onun trafazoid formaları mütləq qaydada torpaqda və ya ətraf mühitdə öz inkişafını keçirməlidir ki, o, sağlam şəxsə yoluxsun. Bu parazitin yoluxması ancaq ağız boşluğu vasitəsilə ola bilər. Yoluxmuş şəxsin qaşığından, stəkanından, hansı ki, ağızla təması olan vasitələrindən istifadə edilərsə, yoluxma mümkündür, əks təqdirdə qeyri-mümkündür.

Ümumiyyətlə, qurd xəstəliklərinin təbii üsulla müalicəsini məsləhət görmürəm, çünki sadə qurdlar ola bilsin ki, təbii vasitələrlə təmizlənsin, amma Lyamblyalar xroniki formada keçməyə meyillidir deyə, onun daha sonra uzunmüddətli müalicəsi olur, çünki Lyambliyar mərhələli şəkildə inkişaf edir. Birinci onun mədə-bağırsaq traktının, sinir sistemini zədələyir sonra da allergik xron yaradır, hansı ki, biz birdə başa qayıdıb onu mədə-bağırsaq sistemindən təmizləyib ardından antitellərini də qandan təmizləmək lazımdır. Buna görə də maksimum dərəcədə əhaliyə deyərdim ki, əgər sizdə Lyamblya qurdu aşkar olunubsa, mütəxəssisə müraciət edin ki, sizi doğru və düzgün şəkildə müalicə etsin. Təbii vasitələrə əl atmayaq, çünki bu vasitələr Lyamblyanı qənaətbəxşedici şəkildə müalicə etmir.

-Lyambliya uşaqlarda daha çox rast gəlinir, yoxsa böyüklərdə?

Adətən uşaqlarda rast gəlinir. Sonuncu mərhələdə qaşınmalar, yuxusuzluq, narahatlıq, ağızda acılıq, ürəkbukanma baş verə bilər. Fəsadları: əsəb-stress gərginliyi, allergiya, öd daşı xəstəliyi və birdə mədə-bağırsaq sistemində ishal və ya xroniki qəbizlik yarada bilər.

Xavər Məmmədli

Paylaş
Şərh əlavə et