
Suriyanın cənubundakı Dera şəhərində devrilmiş Əsəd rejimi tərəfindən öldürülən mülki şəxslərin qalıqları tapılıb. Baas rejiminin dağılmasından sonra aparılan qazıntılarla İzraa rayonunda 12-dən çox kütləvi məzarlıq aşkar edilib. İndiyədək ağır texnika ilə aparılan qazıntılar zamanı 31 cəsəd çıxarılıb və onların sayının artacağı gözlənilir.
Bir-birinin üstünə basdırılmış cəsədlər üçün qazılmış uzun və dərin çuxurları göstərən şəkillərdə həbsxana kodlarının və ölənlərin adlarının olduğu güman edilən çuvallar tapılıb.
Qəbirlərdən çıxarılan kisələrin meyit qalıqları ilə dolu olduğu görülüb. Çuxurların birindən meyit qalıqları ilə doldurulmuş 8 kisə çıxarılıb.
A Haber-də görüntüləri şərh edən hərbi strateq Eray Güçlüer “Humanitar dram baş verir. Bunlar Əsədin və Əsədin yanındakı qəssabların məhsuludur”. dedi.
Mənbə: A Haber
Tərcümə etdi:Səma İsmayılova
