Bu gün:

İsrailin Gazze'yə qarşı olan hücumlarında həlak olanların sayı artır


Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza Zolağına endirdiyi hücumlarda son 24 saat ərzində daha 52 nəfər həyatını itirib, 203 nəfər isə yaralanıb.

Ümumi olaraq, bu müddət ərzində İsrailin hücumları nəticəsində ölənlərin sayı 45028, yaralıların sayı 106962 nəfərə yüksəlib.

Nazirliyin açıqlamasında bildirilir ki, hələ də dağıntılar altında və yol kənarlarında cəsədlər qalır. İsrail qüvvələrinin maneələrinə görə, tibbi heyət və mülki müdafiə işçiləri həmin cəsədlərə yaxınlaşa bilmir.

Mənbə: Trt Haber

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et