Bu gün:

Kişilər pedaqoji sahəyə niyə yönəlmir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi sosioloq Lalə Mehralıdır. O,  kişilərin pedoqoji sahəyə yönəlməməsindən danışıb.

Kişilərin pedoqoji sahəyə yönəlməməsinin səbəbləri nələrdir?

səbəbləriə nələrdir?

Məktəblərdə kişi müəllimlər yox dərəcəsindədir. Hətta dəfələrlə idman dərslərinin də qadın müəllimlər tərəfindən tədris edildiyinin şahidi olmuşuq. Oğlanlar pedoqoji sahəni seçmir, seçənlərin əksəriyyəti də gələcəyini bu sahədə görmür. Əksəriyyəti maaş azlığı ilə əlaqələndirir. Yəni ailə başçısı kimi bu maaşla ailə saxlamaq çətindir. Bu da başqa problemlərin yaranmasına səbəb olur.

Qadın müəllimlərin dərsləri tədris etməsi oğlan uşaqlarının psixologiyasına ciddi təsir edir. İndi atalar uşaqlarına daha az vaxt ayırır. Oğlan uşaqları məktəblərdə müəllimlərin yanında daha çox olur. Ona görə də gün ərzində ən azı iki fənn kişi müəllimlər tərəfindən tədris edilməlidir. Qadın müəllimlərin çoxluğu oğlan uşaqlarının xarakterinə təsirsiz ötüşmür. İndi oğlan uşaqlarının çoxu qızlar kimi davranır. Oğlanlarda kişi xarakteri formalaşmır. Bu onların danışıq tərzindən tutmuş, jestlərinə qədər özünü göstərir. Çünki uşaqların xarakteri məktəblərdə formalaşır. 

Aydın məsələdir ki, uşaqların tərbiyəsində müəllimlərin təsiri valideynlərdən daha çox olur. Çünki uşaq valideyndən çox müəllimi görür. Ona görə də pedaqoji sahədə kişi müəllimlərinin sayının artırılması vacibdir. Kişi müəllimlərin sayının az olma səbəbi kimi əməkhaqqının aşağı olması göstərilir. Amma indi müəllimlərin əksəriyyəti öz gəlirini əsasən repetitorluqdan qazanır. Məsələ burasındadır ki, gənclərin müəllim olmağa meyli aşağıdır. İndi oğlan uşaqları adətən informasiya-texnologiya sahəsinə meyllənirlər. Müəllim olmaq istəyən şagirdlərin sayı çox azdır. Halbuki əvvəllər uşaqlardan böyüyəndə nə olmaq istədiyini soruşanda, əksəriyyətinin cavabı müəllim olurdu. Əməkhaqqı səbəblərdən sadəcə biridir. Problemin həlli kimi imtiyazlar yaradıla bilər. Kişi müəllimlər daha çox dərs saatı ilə təmin olunsa və imtiyazları olsa, müəllim işləməyə maraq artar. Kişi müəllimləri məktəbə qaytarmaq şərtdir.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et