Bu gün:

Pirşağı-Balaxanı yolundakı tıxacın həlli üçün… -Ekspertdən açıqlama


24media.az “1 sual 1 cavab” rubrikasının budəfəki müsahibi nəqliyyat eksperti Aslan Əsədovdur. O, Pirşağı-Balaxanı yolundakı tıxacın həll üsullarından danışıb. 


-Böyükşor gölünün üstündən keçən yolda tez-tez tıxac yaranmasının səbəbi nədir? Bu problemin həlli üçün hansı üsulları daha effektiv hesab edirsiniz?

Böyükşor gölünün üzərindən keçən Pirşağı-Balaxanı yolunun başlanğıc və son nöqtəsi Ziya Bünyadov prospekti ilə kəsişir. Bu səbəbdən, nəqliyyat axınlarının tənzimlənməsi üçün xüsusi bir metod tətbiq etməliyik ki, gün ərzində hərəkətə təsir edən tıxaclar yaranmasın. Mənim təklifim budur ki, kəsişmədə yerləşən avtobus zolağı təxminən 100 metr geri çəkilsin. Bu addım başlanğıc və son nöqtələrdəki problemləri aradan qaldıra bilər.

Ərazidə yerləşən və heç bir dairə parametrlərinə uyğun gəlməyən kiçik bir dairə də mövcuddur. Bu dairə yalnız manevrləri çətinləşdirir və texniki baxımdan heç bir üstünlük təmin etmir. Təklif edirəm ki, bu dairə sökülsün, əvəzində normal işıqfor sistemi quraşdırılsın və santralın qarşısındakı hissə yola birləşdirilsin. Bu dəyişikliklər nəticəsində ərazidəki tıxac problemini həll etmək mümkündür.

Gülnisə Əfkari

Paylaş