Bu gün:

Suriyalı üsyançıların lideri Əsəd həbsxanalarını bağlamağı söz verib


Suriya üsyançı qüvvələri devrilmiş prezident Bəşər Əsədin idarə etdiyi məlum sərt həbsxanaları bağlamağı və məhbusların öldürülməsində və ya işgəncə verilməsində iştirak edənləri cəzalandırmağı planlaşdırdıqlarını bildirib.

Əbu Məhəmməd əl-Colani kimi tanınan üsyançıların lideri Əhməd əl-Şaraa da Reuters xəbər agentliyinin verdiyi açıqlamada keçmiş rejimin təhlükəsizlik qüvvələrini ləğv edəcəyini bildirib.

Bazar günü Əsəd hökumətinin süqutundan sonra minlərlə məhbusun hüquq qrupları tərəfindən “insan kəsim yeri” adlandırılan Saydnaya həbsxanasından azad edildiyini əks etdirən videolar yayılıb.

İngiltərədə yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, Əsədin idarə etdiyi həbsxanalarda 60 minə yaxın insan işgəncələrə məruz qalıb və öldürülüb.

Jolaninin islamçı silahlı qruplaşması Heyət Təhrir əl-Şam (HTS) Əsəd sülaləsinin 54 illik hakimiyyətini devirən ildırımlı hücumda Suriyanın digər üsyançı qruplarına rəhbərlik edib.

Əsəd bazar günü səhər saatlarında üsyançılar paytaxt Dəməşqi ələ keçirdikdən sonra ona və ailəsinə sığınacaq verilən Rusiyaya qaçıb.

Colani ayrıca açıqlamasında məhbusların işgəncə və ya öldürülməsində iştirak edənlərin əfv edilməsindən söhbət gedə bilməz.

“Biz Suriyada onları təqib edəcəyik və ədalətə nail ola bilmək üçün ölkələrdən qaçanları təhvil vermələrini xahiş edirik”-, dedi.

Prezident Bəşər Əsədin devrilməsindən bəri suriyalılar öz yaxınlarını çarəsiz şəkildə axtararaq rejimin bədnam həbsxanalarına axışıblar. 2022-ci il hesabatında Türkiyədə yerləşən Saydnaya Həbsxanasında Məhbuslar və İtkinlər Dərnəyi (ADMSP) bildirib ki, Saydnaya 2011-ci ildə vətəndaş müharibəsi başlayandan sonra "effektiv şəkildə ölüm düşərgəsinə çevrilib".

Mənbə: BBC news 
Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et