Bu gün:

Müvəqqəti baş nazir mart ayına qədər vəzifəsini icra edəcək


 Müxalifət qüvvələri Suriyadakı şəhərlərdən geri çəkilir. Bildirilib ki, müxaliflərin Suriyadakı komandanlıq səviyyəsi hərbi qüvvələrinə şəhərlərdən geri çəkilməyi əmr edib. Reuters xəbər verir ki, liderlər HTS-ə bağlı polis bölmələri və daxili təhlükəsizlik qüvvələrinin yerləşdirilməsini tələb ediblər. Televiziya ilə çıxış edən müvəqqəti baş nazir Məhəmməd Əl Bəşir 2025-ci ilin martına qədər vəzifəsini icra edəcəyini açıqlayıb.

Digər tərəfdən, müxaliflərə yaxın iki mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, komandanlıq səviyyəsi hərbi qüvvələrinə şəhərlərdən geri çəkilmə əmri verib.

Liderlər Heyət Təhrir Əl Şam (HTŞ) ilə əlaqəli polis bölmələrinin və daxili təhlükəsizlik qüvvələrinin yerləşdirilməsini istəyib.

Məhəmməd Əl Bəşir ötən gün Suriyada keçid hökumətinin baş naziri seçilib. 

Qərar, silahlı müxalifətin əməliyyat komandiri, Məhəmməd əl-Colani, Əl-Bəşir və rejimin keçmiş baş naziri Məhəmməd əl-Cəlali, Hökumətə rəhbərlik edilən görüşdən sonra iclasdan sonra qəbul edildi.

İsrail işğala başladı

Dəməşqdəki keçid dövrünü fürsət kimi görən İsrail Suriyanı işğal etməyə başlayıb. Ordu iki gün ərzində Suriya ərazisində 300-ə yaxın hədəfi vurub. İsrail qüvvələrinin Dəməşqə 25 kilometr yaxınlaşdığı bildirilsə də, ordu sözçüsü bu iddiaları rədd edib.

Mənbə: NTV

Tərcümə etdi: Səma İsmayılova

Paylaş
Şərh əlavə et