Bu gün:

İsrail Suriyaya 300-dən çox zərbə endirib


İsrail döyüş təyyarələrinin Suriyanın hər yerində, o cümlədən paytaxt Dəməşqdə yüzlərlə hava hücumu təşkil etdiyi bildirilir.

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) bildirib ki, bazar günü Əsəd rejiminin devrilməsindən bu yana İsrail ordusunun 310-dan çox zərbəsini sənədləşdirib.

Zərbələr Suriya Ordusunun hərbi obyektlərini, o cümlədən silah anbarlarını, sursat anbarlarını, hava limanlarını, dəniz bazalarını və tədqiqat mərkəzlərini hədəf alıb.

İsrail deyir ki, onun hərəkətləri Suriyanın Əsəddən sonrakı dövrə keçdiyi bir vaxtda silahların “ekstremistlərin əlinə keçməsinin” qarşısını almaqdır.


Mənbə : BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et