Bu gün:

"TikTok"u ABŞ-də qadağan edə biləcək qanun təsdiqlənib


Məhkəmənin Vaşinqton, DC-dəki paneli, 3:0 səs çoxluğu ilə, Çin mənşəli tətbiq haqqında ABŞ Ədliyyə Departamentinin irəli sürdüyü milli təhlükəsizlik narahatlıqlarını əsas alaraq, qanunun qüvvədə qalmasına qərar verib. Bu, "TikTok"un gələcəyini təhlükə altına qoyur, çünki tətbiq növbəti ayın ortalarına qədər ABŞ-də qadağan edilə bilər.

Bu addımın qarşısını yalnız Ali Məhkəmə, seçilmiş Prezident Donald Trump və ya amerikalı bir alıcı ala bilər. Hazırda "TikTok", təxminən 170 milyon amerikalı tərəfindən istifadə edilir. "TikTok"un gələcəyi bu müdaxilələrə bağlıdır.

Mənbə : Wired
Tərcümə etdi : Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et